Page 209 - design_Topcubashov_Full_Layout 1
P. 209
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәnim burada olduğum iki ay әrzindә artıq üçüncü
hökumәt kabineti dәyişir. Tәlәt paşadan sonra İzzәt paşa
kabineti iqtidara gәldi vә süqut etdi. Bir neçә gün әvvәl isә
köhnә diplomat Tevfik paşanın rәhbәrliyi ilә yeni hökumәt
quruldu. Orada xarici işlәr naziri vәzifәsini Mustafa Rәşid
paşa tutur. İqtidardakı kabinetlәr hәr hansı bir xәtti müәyyәn
etmәyә imkan tapmamış yenisi gәlir. Sabah yox, biri gün
tәzә sәdrәzәm vә xarici işlәr nazirinin yanında olacağam.
Baxım, görüm nә deyirlәr. O biri tәrәfdәn, türk nazirlәrinin
indi nә demәlәri ümumәn әhәmiyyәtsizdir. Çünki mәsәlәlәri
onlar deyil, әcnәbilәr – antantaçılar hәll edirlәr. Tәdricәn
hәr şeyi әllәrinә almağa başlayıblar. Yәqin, siz artıq bilirsiniz
ki, Bolqarıstandan sonra Türkiyә dә Müttәfiqlәrlә son dәrәcә
ağır şәrtlәrlә sülh bağladı. Sülh müqavilәsinin 11 vә 15-ci
bәndlәri ilә Türkiyә aşağıdakı öhdәliklәri üzәrinә götürüb:
1) Antanta qoşunları (ingilislәr) tәrәfindәn Bakının tutulmasına
mane olmamaq; 2) Zaqafqaziya dәmir yollarından istifadә
vә nәzarәt hüququnu onlara vermәk; 3) Antantanın tәlәb 209
etdiyi tәqdirdә qoşunlarını Zaqafqaziya hüdudlarından
çıxarmaq. Bu şәrtlәri Trapezunddan tanıdığınız, İzzәt paşa
hökumәtindә dәnizçilik naziri vәzifәsini tutan Rauf bәy
imzalayıb. Müqavilәnin şәrtlәri rәsmәn noyabrın 3-dә elan
edilib. Hәmin axşam Rauf bәyin yanında oldum, noyabrın
4-dә isә xarici işlәr naziri Nәbi bәyә (indi artıq keçmiş!)
nota tәqdim etdim. Notada göstәrilirdi ki, biz müqavilәnin
11-ci vә 15-ci bәndlәrinә etirazımızı bildiririk, çünki türk
nümayәndәlәrinin danışıqlar zamanı Bakı vә Zaqafqaziya
dәmir yoluna, ümumiyyәtlә, Zaqafqaziyaya vә Bakıya aid
mәsәlәlәrә toxunmağa sәlahiyyәti yox idi. Antanta
nümayәndәlәri gәlәn kimi onlara da eyni mәzmunda notalar
tәqdim edәcәyәm. Bu haqda elә hәmin vaxt Sizә teleqram
hazırladım. Lakin indiyә qәdәr göndәrmәk mümkün olmayıb.
Sәbәb kimi Zaqafqaziya ilә teleqraf әlaqәsinin kәsilmәsini
göstәrirlәr. Amma әn vacib mәsәlә burada vәziyyәtin ümumәn
radikal şәkildә (xüsusәn dә bizә münasibәtdә!) dәyişmәsidir.