Page 212 - design_Topcubashov_Full_Layout 1
P. 212
Əlimərdan bəy Topçubaşov
qәdәr bәlalar var ki... Görәcәyimiz o qәdәr işlәr var ki...
Lakin tәәssüf ki, yerlәrdәki işin vәziyyәti ilә bağlı hәr hansı
mәlumat olmadığından onların miqyas vә xarakterini tәsәvvürә
gәtirmәk dә mümkün deyil. Mövcud şәrait ümumi işimizә
fayda vermәk imkanına yer qoymadığından Sizi hazırkı
vәziyyәtlә bağlı mәlumatlandırmaq, elәcә dә özüm işlәrin
gedişi ilә yerindә tanış olmaq üçün Konstantinopolu buraxıb
geri qayıtmağa mәcburam. Lakin bir şey dәqiq mәlumdur
ki, sülh konqresinә indidәn hazırlaşmaq lazımdır (materiallar,
statistik mәlumatlar vә s.). Bu baxımdan da geri qayıtmağım
faydasız olmayacaq. Çünki belә materiallar mәndә az deyil.
Amma indi elә bil әlsiz-ayaqsız kimiyәm. Müttәfiq dövlәtlәrin
missiyalarının siyasi nümayәndәlәri üçün memorandum
yazanda bunu daha kәskin şәkildә hiss etdim. Öz-özümә
sual verirәm ki, buradan nә zaman çıxa bilәrәm? Mәlum
olduğu kimi, Batumla әlaqә yoxdur. Xәlil bәyin getdiyi
gәmi hәlә qayıtmayıb. Nә zaman qayıdacağı da bәlli deyil.
Başqa gәmilәr dә yoxdur. Türk tәrәfi dә növbәti gәminin
212
haçan yola düşәcәyini bilmir. Mövcud çәtinliklәr azmış
kimi, bu günlәrdә hәr cür yerdәyişmә dә Antanta dövlәtlәrinin
hәrbi missiyalarının nәzarәti altına keçәcәk. O zaman
İstanbulu tәrk etmәk fikrinә düşәnlәrin vәziyyәti necә olacaq?
Bәlli deyil. Eyni zamanda indi Avropa ilә dә nә quru, nә
dәniz әlaqәsi mövcuddur. Sadaladıqlarımdan başqa, daha
bir amil mәni geri qayıtmağa mәcbur edir. Bu da indiki
bahaçılıq şәraitindә (xüsusәn dә Pera Palas hoteli sәviyyәsindә)
özünü daha kәskin büruzә verәn maliyyә ilә bağlı vәziyyәtimin
tam qeyri-müәyyәn şәkildә qalmasıdır. Mәlumat verirәm ki,
noyabrın 1-dәn mәn dә, katibim dә artıq Türkiyә hökumәtinin
xidmәtlәrindәn yararlanmırıq vә hәr şeyin haqqını özümüz
ödәyirik. Düzdür, hәlәlik pul var. Yazdığım kimi, mәnә
25 min lirә veriblәr. Lakin hoteldә hәr şeyin ifrat bahalığı
әhvalımı әmәlli-başlı pozur. Әgәr uzun müddәtә qalası
olsam, mütlәq buradan çıxacağam. Üstәlik, şәraiti dә ürәkaçan
deyil. Bәzәn elә hesab gәtirirlәr ki, dәhşәtә gәlirsәn, amma