Page 210 - design_Topcubashov_Full_Layout 1
P. 210
Əlimərdan bəy Topçubaşov
Keçmiş hakimiyyәtin milli siyasәti qәtiyyәtlә rәdd edilib.
Әnvәr paşa vә Tәlәt paşa yalnız paytaxtı tәrk etmәyә mәcbur
olunmayıblar. İndi hәr ikisi artıq Türkiyәnin düşmәni, ölkәni
mәhvә sürüklәyәn siyasәtçilәr sayılır. Hәm dә bu iddianı
Qafqaz vә Türküstana görә irәli sürürlәr. İttihad vә Tәrәqqi
partiyası mәhv edilir. Liderlәrinin bir hissәsi qaçıb, qalanları
gizlәniblәr. Dünәnә qәdәr Parlament üzvlәrinin çoxunun
mәnsub olduğu bu güclü partiyanın hәtta adı da çәkilmir.
Onsuz da, heç bir işә yaramayan Parlamentin isә artıq
buraxıldığını deyirlәr. Hakimiyyәtdәkilәrin hamısı köhnә
әnәnәlәrә bağlı adamlardır. Yenilәrdәn bir nәfәr dә yoxdur.
Hamı başını itirib, hәr şey bir-birinә qarışıb, milli fәlakәtin,
dövlәtin süqutunun ümidsiz vә biabırçı şәraiti içәrisindә
vurnuxurlar. Dünәn ingilis, fransız, italyan, hәtta yunan
gәmilәri Bosfora daxil olub. Hәrbi missiyalar gәlib. Bu gün
ingilis vә fransız hәrbi hissәlәri sәfirliklәrini qorumaq üçün
şәhәrә varid olub. Küçәlәrdә millәtlәrin bütün rәnglәrdә
bayraqları gözә dәyir. Әn çox isә yunan bayraqları diqqәti
210
çәkir. Ümumiyyәtlә, yunanlar arasında böyük canlanma var.
Antanta nümayәndәlәrini böyük sevinclә qarşılayırlar. Açıq
şәkildә deyirlәr ki, Konstantinopol özlәrinin şәhәridir vә
onu heç kimә vermәyәcәklәr. Әzablı günlәrdir, әzablı
yaşantılardır... Hiss edirsәn, görürsәn ki, bir zamanlar qüdrәti
ilә dünyanı sarsıdan dövlәt necә çökür... Hәr şey tәnәzzüldәdir.
Avstriya-Macarıstan süquta uğrayıb, Almaniya imperiyası
vә onun ilhamvericisi Vilhelm yoxdur, hamı kәnara çәkilir,
hamı taxt-tacdan imtina edir. Bolşevizm isә dәrinlәşir vә
genişlәnir. Formal inqilabın baş verdiyi Avstriya-Macarıstan
vә Almaniyanı bir kәnara qoysaq, bolşevizm artıq
Hollandiyada, İsveçrәdә, İtaliyada özünә yer elәmәyә başlayır.
Әlbәttә, daha uzaqlara da gedib çıxacaq. Belә bir şәraitdә
artıq Әli bәy Hüseynzadәnin yollandığı xarici sәfәrdә nәyә
isә nail olmaq çox çәtindir. Sәlim bәy Behbudov hәlәlik
buradadır. Düzdür, indi sәhhәti düzәlib, amma özündәn bir
xәbәr yoxdur. Deyilәnә görә, tezliklә yola çıxacaq. Orada,