Page 206 - design_Topcubashov_Full_Layout 1
P. 206
Əlimərdan bəy Topçubaşov
Qәniyev dә vardı. Gәtirәndә ayrıca diqqәt yetirilәcәyinә söz
veriblәr. Amma indi pulsuz qalıb. Gәncәdә aldığı iki min
rubl qurtarıb. Ümumiyyәtlә, pul mәsәlәsi ilә bağlı tez-tez
müraciәt edirlәr. Bu yaxınlarda artilleriya mәktәbindә oxuyan
iki yunker – bakılılar Zeynalov vә Hüseynov yanıma
gәlmişdilәr, aclıq çәkdiklәrini bildirdilәr. Müharibәdә әsir
düşәn qafqazlılar, tәsadüfәn gәlib bura çıxan qaçqınlar vә s.
dә ehtiyac içindәdirlәr. Hamısı maddi yardım vә evlәrinә
göndәrilmәlәrini istәyir. Bu işlәrin öhdәsindәn gәlmәk isә
son dәrәcә çәtindir. Rabitә mәsәlәsi dә bütün kәskinliyi ilә
ortada dayanır. İki aydan çoxdur ki, Sizdәn bir sәtir dә
almamışam. Belә olmaz. İndi vәziyyәt çox ciddidir vә әn azı
on gündәn bir әlaqә saxlamaq lazımdır. Sizdәn çox xahiş
edirәm, heç olmazsa, Batuma qәdәr xüsusi kuryer göndәrәsiniz.
O, sәnәd vә materialları gәtirib adını çәkdiyim doktor
Әfәndiyevә verә bilәr. Әn yaxşısı isә birbaşa bura kuryer
göndәrmәkdir. Bir daha vә bir daha xahiş edirәm, әlaqәni
206
xüsusi kuryerlәr vasitәsilә saxlayaq. İlk gәlәn kuryerlә
aşağıdakıların göndәrilmәsi vacibdir: 1) Azәrbaycan, әsasәn
dә Qafqaz haqqında әlә düşәn bütün materiallar (xüsusәn dә
statistik sәciyyәli); 2) hökumәtin bütün sәrәncamları (hәrbi
çağırış vә s. haqqında); 3) Xarici İşlәr Nazirliyinin notalarının
surәtlәri; 4) hәr yerin (Bakı, Tiflis, Batum) vә bütün dillәrdә
qәzetlәri, jurnalları. Bunlar yaratmaq istәdiyim büro üçün
dә lazımdır. Mәndә olan pullardan әvvәllәr qәbz әsasında
verilәn vә qәbzlәrinin surәti Rәsulzadә ilә Sizә göndәrilәnlәrdәn
başqa, yenә aşağıdakı mәblәğlәr ödәnilib: Әsәd bәy
Rüstәmbәyova – 81 lirә; Xәlil bәy Xasmәmmәdova – 200
lirә. Onların verdiyi qәbzlәrin surәtini dә göndәrirәm.
Alınması mәnә hәvalә edilmiş avadanlıq (pul çap edәn
dәzgah, yazı makinaları, dәrman, revolverlәr vә s.) mәsәlәsini
tәxirә salmaq lazım gәlir. Hәlәlik vaxtı deyil, üstәlik dә
qiymәtlәr çox bahadır. Xahiş edirәm, istәr bu mәktubu,