Page 203 - design_Topcubashov_Full_Layout 1
P. 203

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           Әsәd bәy Rüstәmbәyov isә maliyyә nazirinin müavinidir,
           hәqiqәtәn, çox çәtin vәziyyәtә düşdüm. Çünki onlar da vizit
           kartında dağlı xalqların Şimali Qafqaz Respublikasının xarici
           işlәr naziri olduğu göstәrilәn, bәzilәrinin hәtta knyaz deyә
           hörmәtә mindirdiklәri Heydәr Bammatov kimi, adlarının
           әvvәlinә “Son Excellence” (fr.: “zati-alilәri”) artırıblar vә
           bu cür dә çağırılırlar. Belә bir şәraitdә, siyasi kursun dәyişdiyi
           indiki vaxtda mәn nә etmәliyәm? Nüfuzumuza gәldikdә isә,
           daşıyıcıları ayrı-ayrı şәxslәr olan, bu fәrqli adamların fәrqli
           şәkildә anladıqları, fәrqli şәkildә istifadә etdiklәri hәmin o
           nüfuzun parçalanıb-dağılmış zәrrәlәrini indi necә bir yerә
           yığım? Әlbәttә, mәn heç vaxt xüsusi rәğbәt göstәrmәdiyim,
           can atmadığım ritual vә tәntәnәli mәrasimlәr haqda danışmıram.
           Mәni maraqlandıran ilk növbәdә dövlәtimizi tәmsil edәn
           nümayәndәlәrin vәziyyәtidir. Bu baxımdan, xahiş edirәm,
           tәrәfimdәn qaldırılan vә tәmsilçiliyin maddi tәminatı ilә
           bağlı mәsәlәyә baxasınız. Hәr şeyin son dәrәcә baha olduğunu
           yazmağa ehtiyac varmı? Bahalıq haqda geri qayıdanlar sizә   203
           danışarlar. Başqa bir mәsәlә dә var, bu da Pera Palas hotelindә
           Türkiyә hökumәtinin hesabına yaşamaq vә yemәklә bağlıdır.
           Belә müftә bәslәnmә nә qәdәr davam edәcәk?
               Bәdbәxtlikdәn, mәn dә yemәk, yaşamaq vә nәqliyyat
           xәrclәrini  Türkiyә hökumәtinin xarici işlәr nazirliyinin
           ödәdiyi müsafirlәr sırasındayam. Düzünü desәm, bu hal
           mәnә çox ağır gәlir. Әslindә, heç düzgün dә deyil. Çünki
           mәndәn әvvәlki bütün nümayәndәlәrimiz bura müvәqqәti
           gәlmişdilәr vә müәyyәn mәnada qonaq sayıla bilәrdilәr.
           Mәn isә, mandatımda da göstәrildiyi kimi, ölkәdә uzun
           müddәt qalmaq niyyәtindәyәm. Sözün doğrusu, çox narahat
                                                    1
           olduğum mәsәlә barәdә baş mehmandarla da danışdım,
           lakin o, hökumәtin inciyә bilәcәyini dedi. Amma heç nәyә
           baxmadan bu söhbәti bitirmәk istәyirәm vә artıq lazımi bina

           1  Burada “protokol xidmәti” mәnasında işlәnmişdir.
   198   199   200   201   202   203   204   205   206   207   208