Page 202 - design_Topcubashov_Full_Layout 1
P. 202
Əlimərdan bəy Topçubaşov
sәfirlәri geri qayıdacaq, İstanbul yenidәn böyük siyasi
mәrkәzә çevrilәcәk. Bunları nәzәrә alıb ilk növbәdә tәyinimi
hüquqi şәkildә rәsmilәşdirmәk vә iki şeydәn birini seçmәk
zәruridir: ya mәni Türkiyә hökumәti yanında elçi tәyin edin;
yaxud da sәlahiyyәtimi elә genişlәndirin ki, Türkiyәdәn
başqa, Almaniya, Avstriya-Macarıstan, Ermәnistan vә
Gürcüstan, habelә ABŞ, İngiltәrә, İtaliya, Bolqarıstan,
Rumıniya, Ukrayna, Polşa kimi ölkәlәrdә dә tәmsilçilik
hüququm olsun. Siz, әlbәttә, başa düşürsünüz ki, bu, ilkin
tanışlıqdan ötәri zәruridir vә heç vәchlә qarşıdan gәlәn sülh
konqresindә iştirak vә danışıqlar üçün xüsusi mandatı әvәz
edә bilmәz. Bu barәdә aşağıda yazacağam. Fikrimcә, geniş
sәlahiyyәtlәr verәn mandat mәni ayrıca bir ölkәyә elçi tәyin
etmәkdәn daha yaxşı vә asandır. Beynәlxalq qaydalar
baxımından elçi tәyin olunması üçün әvvәlcә danışıq aparmaq,
başqa dövlәtlәr tәrәfindәn tanınmaq, sonra diplomatik
nümayәndә göndәrmәk istәdiyin dövlәtin ilkin razılığını
202 almaq lazımdır. Ona görә dә hazırda mәsәlәnin әn yaxşı vә
asan yolu mәni әvvәlki vәzifәmdә saxlamaq, lakin yuxarıda
sadaladığım dövlәtlәrin adını göstәrmәklә mandatla tәmin
etmәkdir. Belә bir mandat indiki mәqamda da son dәrәcә
vacibdir. Xahiş edirәm, onu göndәrmәyә tәlәsin. Eyni
zamanda sәnәdin keyfiyyәtli kağızda çap olunub, möhürlәnmiş
surәtini әlavә etmәyi dә unutmayın.
Bu barәdә әsla danışmaq istәmәsәm dә, yenә nüfuz
mәsәlәsinә qayıdıram.
Mәn artıq yazmışdım ki, bir sıra amillәrә görә nüfuzumuz
yüksәk deyil. Bu fikri söylәyәrkәn kimisә tәnqid, yaxud
mühakimә etmәk niyyәtindәn çox uzağam. Әgәr göndәrilәn
şәxslәrin siyasi tәmsilçilәr kimi tәqdim edilmәlәrini
istәyirsinizsә, o vaxt onların funksiya, vәzifә vә borclarının
dәqiq müәyyәn olunmamasının doğurduğu tәbii nәticәlәri
dә görmәk lazımdır. Mәsәlәn, Xәlil bәy soruşanda ki,
doğrudanmı, Sәlim bәy Behbudov xarici işlәr nazirinin,