Page 231 - design_Topcubashov_Full_Layout 1
P. 231

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           әvvәl Şamaxı vә Zaqatala bölgәlәrinә tanışlıq sәfәrindәn
           qayıtmışdı. Әhali hәr yerdә ordusunun baş komandanını
           çoşqu ilә qarşılayır, dar mәqamda göstәrdiyi yardıma görә
           minnәtdarlığını bildirirdi. Çünki hәr kәs başa düşür ki, Nuru
           paşa gәlmәsәydi, Qafqazda vәziyyәtimiz çox çәtin olardı.
           Әsla şübhәm yoxdur ki, Nuru paşanın komandanlığı altında
           ordumuzun Bakını azad etmәsi bütün müsәlmanlar tәrәfindәn
           dәrin minnәtdarlıqla qarşılanacaq, onun adı әtrafında
           qәhrәmanlıq halәsi yaradacaqdır. Paşa hәzrәtlәri! Hәr şey
           üçün sizә borclu olduğumuzu çox gözәl anlayırıq. Ona görә
           dә çәkinmәdәn, heç bir mübaliğәyә yol vermәdәn hüzurunuzda
           әrz etmәyә cәsarәt edib bildirirәm ki, belә çәtin müşkülün
           hәlli üçün qardaşınızın yardımımıza göndәrilmәsi Qafqaz
           müsәlmanlarının qәlbindә zati-alinizә mәhәbbәti qat-qat
           artırıb. Türk dühasının parlaq ulduzu kimi, onlar sizi әvvәl
           dә ilahi dәrәcәdә sevirdilәr. Bu faktda isә azәrbaycanlı
           әqrәbalarınıza böyük qayğı vә mәhәbbәtin nişanәsini görürlәr.
               Әnvәr paşa (füsunkar tәbәssümlә, hәlә dә gözlәrindәki   231
           parıltı çәkilmәdәn). Çox tәşәkkür edirәm. Mәn sadәcә
           borcumu yerinә yetirmişәm. Adi әmәlimin qardaşlarıma belә
           böyük tәsir göstәrmәsindәn çox mәmnunam. Әlbәttә, burada
           sizin – yerli әhalinin, camaat ağsaqqallarının, hökumәtin dә
           böyük xidmәtlәri var vә olmalı idi. Bildiyim qәdәr, ordu
           tәşkilindә elә ciddi çәtinliklәriniz olmayıb, gәnclәr ordu
           sıralarına hәvәslә qoşulurlar. Belә dә olmalıdır. Qafqaz
           müsәlmanları indiyә qәdәr hәrbi işә cәlb edilmәyib, hәrbi
           qaydalarla tanış deyillәr. Lakin görünür, ürәklәrindә döyüş
           ruhunu yaşada biliblәr. Bu isә çox mühüm şәrtdir.
               Mәn.  Tamamilә doğru buyurursunuz. Burada Bakı
           cәbhәsinin komandanı Mürsәl bәyin 342  sözlәrinә istinad edә
           bilәrәm. O, başçılıq etdiyi  Azәrbaycan hәrbi hissәlәrinin
           Kürdәmir, Şamaxı vә Bakı cәbhәlәrindәki bir sıra döyüşlәrdә
           göstәrdiklәri qәhrәmanlıqlardan şövqlә danışırdı. Tәcrübәli
           tәlimatçıların kömәyi ilә bizim camaatdan da hәm say, hәm
   226   227   228   229   230   231   232   233   234   235   236