Page 233 - design_Topcubashov_Full_Layout 1
P. 233

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           qonşu olmayanlar da istәmirlәr. Mәsәlәn, Almaniya ölkәmizi
           hәlә dә tanımır.  Almaniyanın Qafqazdakı nümayәndәsi
           Kresse bizi inandırır ki, müstәqil  Azәrbaycan dövlәti
           yaranmasının tәrәfdarıdır. Gәncәdә (Hacıkәnd) Xәlil paşanın 344
           iştirak etdiyi naharda bu dövlәtin paytaxtı Bakı şәhәrinin
           tezliklә işğaldan azad olunması zәrurәtini sәmimi şәkildә
           dilә gәtirir. Amma yenә dә onun tәsiri altında olan gürcü
           hökumәti uzun müddәt Bakıya göndәrilәn hәrbi sursatın öz
           dәmiryolları ilә daşınmasına icazә vermirdi.
               Berlindә vә digәr  Avropa mәrkәzlәrindә qonşumuz
           ermәnilәrin nümayәndәlәri bizi hәr vasitә ilә  Avropa
           dövlәtlәrinin gözündәn salmağa çalışırlar. Bu tәbliğatın
           zәrәrli nәticәlәrini, az da olsa, dağıtmaq üçün hökumәtimiz
           hәmin ölkәlәrin paytaxtlarında – ilk növbәdә Berlin vә
           Vyanada tәmsilçilәrimizin olmasını vacib sayıb. Ona görә
           dә missiyamı türk dövlәt siyasәtinin ümumi istiqamәti ilә
           tәnzimlәmәk üçün Türkiyә hökumәtinin rәhbәrliyi ilә ilkin
           vә gәrәkli mәslәhәtlәşmәlәrdәn sonra mәnә ora getmәk        233
           sәlahiyyәti verilib. Bu barәdә sәdrәzәm vә xarici işlәr naziri
           ilә görüşlәrimdә dә demişәm.
               Әnvәr paşa.  Azәrbaycan nümayәndәsinin hәmin
           paytaxtlara getmәsini mәn dә zәruri sayıram. Hәm dә
           düşünürәm ki, tәk Berlin vә Vyanada deyil, neytral ölkәlәrdә
           – İsveçrә vә Hollandiyada da tәmsil olunmaq lazımdır.
           Burada hәm döyüşәn ölkәlәrin, hәm dә neytral dövlәtlәrin
           sәfirlәri ilә ünsiyyәt saxlamaq, şәxsi ziyarәtlәr, görüşlәr
           keçirmәk, mәtbuat vasitәsilә hәr imkan düşәndә, tam müstәqil
           bir dövlәt kimi, Azәrbaycan haqqında söz açmaq lazımdır.
           Uzun müddәt, hәtta deyәrdim, ümumi sülh әldә olunana
           qәdәr İsveçrәdә fәaliyyәt göstәrmәk, tez-tez Berlinә sәfәr
           etmәk zәruridir. Әgәr şәxsәn sizin çox qalmağınız mümkün
           deyilsә, qoy rәhbәrlik etdiyiniz heyәtdәn bir nәfәri ora
           göndәrsinlәr. Lozannada, yaxud Cenevrәdә bütöv bir
           Azәrbaycan nümayәndәliyinin işlәmәsi daha yaxşı olardı.
   228   229   230   231   232   233   234   235   236   237   238