Page 237 - design_Topcubashov_Full_Layout 1
P. 237

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           mövcudluğunu sürdürmәk niyyәtindәdir. Ona görә dә ürәkdәn
           istәyirik ki, bütün mәsәlәlәrdә ilk növbәdә mәhz Türkiyәnin
           – bizim böyük himayәdarımızın mәnafeyi nәzәrә alınsın.
           Әlbәttә, özümüzün kömәyә böyük ehtiyacımız olduğu indiki
           vaxtda hәlәlik sizin üçün әhәmiyyәtli bir iş görmәk qüdrәtindә
           deyilik. Üstәlik dә, dövlәt idarәçiliyi mәsәlәlәrindә kifayәt
           qәdәr tәcrübәmiz yoxdur. Bu baxımdan sәhvlәrә yol
           vermәyimiz tәbiidir. Eyni zamanda hәmin sәhvlәrin üstündәn
           keçilәcәyinә, islah edilәcәyinә ümid bәslәyirik. Lakin bizi
           daim basqı altında saxlayan rus hökumәtinin ağalığı altında
           yaşadığımız yüz ildә siyasi mәsәlәlәrdә bәzi şeylәr öyrәnә
           bilmişik. Bu isә Azәrbaycanı ayaq üstә qaldıra bilәcәyimizlә
           bağlı bizә ümid verir. Hәr halda, qonşularımızla müqayisәdә
           üstünlüklәrimiz daha çoxdur.
               İzzәt paşa. Sizә demәliyәm ki, nә siyasәtçi, nә dә
           diplomatam. Sadәcә hәrbçiyәm. Әlbәttә, göstәrәcәyiniz hәr
           bir kömәk bizә faydalı olacaq. Vә inanıram ki, öz dövlәt
           işlәrinizin dә öhdәsindәn gәlә bilәcәksiniz. Çünki qüvvәlәriniz  237
           var.  Vә bu mәsәlәdә biz dә lazımi yardım göstәrәcәyik.
           Necә ki, indi dә göstәririk. Buna tam әmin ola bilәrsiniz.
               Mәn. İlk görüşümüzdә çox vaxtınızı almaq cәsarәtindә
           olmadığımdan sadәcә ifadә etdiyiniz mövqeyi Azәrbaycan
           hökumәtinin diqqәtinә çatdırmaq üçün izninizi istәyәcәyәm.
           Yәni xәbәr verәcәyәm ki, indiki halda  Türkiyәnin bizә
           münasibәti әvvәllki kimi tam dәyişilmәz qalır vә Azәrbaycan
           әvvәllәr olduğu kimi, yenә dә Türkiyәnin hәr cür yardımına
           ümid bağlaya bilәr.
               İzzәt paşa. Böyük mәmnuniyyәtlә razılıq verirәm vә
           dediklәrimi bir daha tәsdiq edirәm. Bu, bütünlükdә indiki
           hökumәt kabinetimizin ümumi rәyidir. Әgәr siz hәlәlik bizim
           Xarici İşlәr Nazirliyinin başçısı ilә görüşә bilmәmisinizsә, o
           zaman xahiş edәcәyәm ki, dәrhal bu işi görәsiniz.
               Mәn. Tәbii ki, bu, birbaşa vәzifә borcumdur. Lakin ilk
           növbәdә özümü sizә tәqdim etmәk istәyirdim.
   232   233   234   235   236   237   238   239   240   241   242