Page 239 - design_Topcubashov_Full_Layout 1
P. 239
Ә.TOPÇUBAŞOVUN XARİCİ İŞLӘR
NAZİRİ NӘBİ BӘYLӘ SÖHBӘTİNİN
YAZISI
27 oktyabr 1918-ci il, saat 12.00
Türkiyә Xarici İşlәr Nazirliyi
Kabinetin ortasında ayaq üstdә çox sәmimi qarşılayır.
Mәn. İcazә verin, özümü tәqdim etmәk şәrәfinә nail
olum (filankәs). Xidmәtinizә әrz etmәyi borc bilirәm ki,
sizinlә bir neçә dәfә görüşmәk istәmişәm, amma hәmişә
çox mәşğul olduğunuzu deyiblәr. Sәdrәzәmi ziyarәt etdiyim
zaman çox lütfkar bir tәrzdә sizinlә görüşmәyimi mәslәhәt
bildi. Hәtta özü sizә telefon açdı.
Nәbi bәy. Bәli, sәdrәzәm mәnә danışıb. Amma bilirsiniz,
bu günlәr işimiz o qәdәr çoxdur, o qәdәr iclas vә
müşavirәlәrimiz olur ki, nazirliyә çox nadir hallarda baş 239
çәkә bilirәm. Zәhmәt çәkib gәldiyinizә görә minnәtdaram.
Mәn. Artıq bir aya yaxındır ki, buradayam. Gәlәn kimi
dәrhal keçmiş sәdrәzәm Tәlәt paşa ilә, xarici işlәr naziri
Әhmәd Nәsimi bәylә, hәrbi nazir Әnvәr paşa vә başqaları
ilә görüşmәk şәrәfinә nail oldum. Amma ardınca tәxminәn
üç hәftә çәkәn hökumәt böhranı başlandı. Tәbii ki, fәaliyyәtimi
yeni nazirlәr kabinetinin mövqeyi ilә әlaqәlәndirә bilmәk
üçün gözlәmәli idim. Çünki bizim Azәrbaycan hökumәtinin
dә sәmimi arzusudur ki, atacağım bütün addımlar Türkiyә
hökumәti ilә razılaşdırılsın vә onun da maraqlarına uyğun
gәlsin. Hәr iki mandatımdan da gördüyünüz kimi (surәtlәri
ilә birlikdә mandatları nazirә göstәrirәm), geniş hüquqlara
malik fövqәladә vә sәlahiyyәtli nazir olaraq Dәr-Sәadәtә,
Vyana vә Berlinә göndәrilirәm. Buradakı kabinet dәyişikliyinә
vә yaranmış vәziyyәtә görә hәlәlik Avropaya getmәk fikrindәn
daşındım. Vә mәnә elә gәlir ki, qәbul etdiyim qәrar o qәdәr
dә ziyanlı deyil.