Page 244 - design_Topcubashov_Full_Layout 1
P. 244
Əlimərdan bəy Topçubaşov
zәnnimcә, maarif işi öz qaydası ilә getmәlidir. Çünki
bütünlükdә xalqın, daha çox isә onun mәdәni qüvvәlәrinin
inkişafı ilk növbәdә maarifdәn, tәhsildәn asılıdır. Ona görә
yaşadığımız günlәrin bütün çәtinliyinә, böyük әhәmiyyәtә
malik siyasi mәsәlәlәri tam kәskinliyi ilә gündәliyә çıxarmasına
baxmayaraq, xalq tәhsili nazirinin diqqәtini istisnasız olaraq
tәhsillә bağlı mәsәlәlәrә yönәltmәk istәrdim.
Belә mәsәlәlәr sırasında ilk növbәdә aşağıdakını
xatırlatmağı özümә borc bilirәm: hәlә dörd ay bundan әvvәl
Azәrbaycan hökumәti tәrәfindәn ünvanınıza bizim mәktәblәrә
müәllim vә müәllimәlәr göndәrilmәsi ilә әlaqәdar xahiş
daxil olub. Bu işlә әlaqәdar Azәrbaycan nümayәndә heyәtinin
(M.Ә.Rәsulzadәnin başçılığı altında İstanbula gәlәn “Heyәti-
mürәxxәsә” nәzәrdә tutulur – Tәrc.) üzvlәri, habelә Әhmәd
bәy Ağaoğlu keçmiş xalq maarif naziri ilә görüşüblәr. Sәhv
etmirәmsә, artıq nazirlikdә ölkәmizә gәlmәyә razılıq vermiş
müәllim vә müәllimәlәrin siyahısının tutulmasına başlanılıb.
244 Bundan әlavә, son iki hәftә әrzindә Azәrbaycana getmәk
istәyәn belә müәllim vә müәllimәlәrdәn bir neçәsi mәnim
dә yanıma gәlib. Onların arasında iki müәllimә dә vardı.
Hәmin xanım pedaqoqlardan biri hәtta inspektor dәrәcәsinә
yüksәlib vә İstanbulda özünün müdirә olduğu ali-ibtidai
mәktәbi idarә edir. Bildiyim qәdәr, 4–5 günә “Rәşid paşa”
gәmisi yola düşür. Bizim nümayәndәlәrdәn bir neçә nәfәri
dә hәmin gәmi ilә Batuma, oradan da Azәrbaycana gedәcәk.
Arzu edәn müәllimlәri dә onlarla birlikdә yola sala bilәrik.
Mәn cәnab xalq tәhsili nazirindәn bunu xahiş etmәyә
gәlmişdim.
Müstәşar. Düz buyurursunuz. Bizdә artıq bir neçә nәfәr
adını yazdırıb, amma bu, çox azdır. Hökumәtinizin xahişini
yaddan çıxarmamışıq. Onu mümkün qәdәr tez yerinә yetirmәk
bizim üçün dә şәrәfdir. İndi siz danışarkәn mәn burada
özümә qeydlәr götürdüm vә cәnab nazirә dәrhal mәlumat
verәcәyәm.