Page 245 - design_Topcubashov_Full_Layout 1
P. 245

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Mәn. Sizә çox minnәtdar olaram. Әlbәttә, arzu edәnlәrin
           bәzilәri sәrbәst şәkildә dә yola çıxa bilәr. Lakin yaxşı olardı
           ki, mәsәlәdәn bizim nümayәndәliyin dә xәbәri olsun. Yәni
           kimlәrin gәlәcәyinә әvvәlcәdәn zamin dura bilәk.
               Müstәşar. Cәnab nazirә elә bu cür dә mәruzә edәrәm.
           Zәnnimcә, qarşımıza heç bir maneә çıxmayacaq. Müәllimlәrin
           hәr biri haqqında ayrıca mәlumat toplayacağıq. Düşünürәm
           ki, artıq getmәk qәrarı verәnlәrin, birinci gәmi ilә olmasa
           da, növbәti gәmi ilә әn azı bәlli bir hissәsini yola sala
           bilәrik. Әlbәttә, artıq müәyyәn dәrәcәdә gecikmişik, dәrslәr
           başlanıb.  Amma nә edә bilәrik? Hәr yerdә olduğu kimi,
           bizim sahәdә dә ağır vәziyyәt yaranıb.
               Mәn. Müzakirә edilәsi başqa mәsәlәlәr dә var: bizim
           gәnclәrin tәhsil almaq, yaxud tәhsillәrini tamamlamaq üçün
           bura göndәrilmәlәri, hazırda İstanbulda oxuyan azәrbaycanlı
           tәlәbәlәrin vәziyyәti vә s. vә i.a.
               Müstәşar. Dediyiniz mәsәlәlәr barәdә, yәqin ki, cәnab
           nazirin özü ilә danışsanız, daha yaxşı olar... (Söhbәt burada  245
           bitir. Müstәşar mәni qapıya qәdәr ötürür vә qapının önündә
           bir neçә dәfә tәzim edir.)

                               А.М.Топчибашев. Дипломатические
                                 беседы в Стамбуле. 1918–1919 гг.
                                              Баку, 1994, с. 25–27.
   240   241   242   243   244   245   246   247   248   249   250