Page 243 - design_Topcubashov_Full_Layout 1
P. 243
Ә.TOPÇUBAŞOVUN
XALQ MAARİF NAZİRİNİN
MÜAVİNİ İLӘ SÖHBӘTİNİN YAZISI
28 oktyabr 1918-ci il, saat 12.15–13.00
Türkiyә Xalq Maarif Nazirliyinin binası
Köhnә, tutqun bina. Qapıçı vә xidmәtçilәrin әyinlәrindәki
kostyumlar – qara pencәk vә smokinqlәr son dәrәcә köhnәlib.
Mәnә İran konsulluğu agentlәrinin geyimini xatırladır.
Binanın әsas qapısı birbaşa küçәyә açılır. Burada türk
nazirliklәrinin çoxu üçün әnәnәvi olan hәyәt gözә dәymir.
Pillәkәn meydançaları, koridorlar, demәk olar ki, bomboşdur.
Nazir özü yoxdur. Xәstә olduğundan işә çıxmır. Bunu bizә
hansısa xidmәtçi deyir. Mustafa bәy Vәkilov ona izah edir
ki, Ümuri-Şәrqidәn (Şәrq mәsәlәlәri idarәsi – Tәrc.) cәnab
xalq maarifi nazirinin saat 12-dә bizi gözlәyәcәyini bildiriblәr. 243
“Bәlkә, müstәşarı deyirlәr. O buradadır. Mәlumat verim?”
Vizit kartımı uzadıram. Pillәkәnlә yuxarı qalxırıq. Müstәşarın
kabinetinin qapısından ağ paltarda xidmәtçi әrәb qadını
bayıra çıxır. Otağa daxil oluram. Masanın arxasından ucaboylu
çox gәnc adam ayağa qalxır, mәnimlә salamlaşır vә divanda
әylәşmәyimi xahiş edir.
Müstәşar (bir daha salamlaşaraq). Gәrәk bağışlayasınız.
Siz bir neçә dәfә xalq maarifi naziri ilә görüşmәk arzusunda
olduğunuzu bildirmisiniz. Amma bizim nazir hәlә dә xәstәdir.
Bu gün sәhәr xәbәr verdi ki, işә gәlәcәk. Sonra mәnzilindәn
dedilәr ki, hәlә dә evdәn çıxa bilmir, yataqda uzanıb. Bәlkә,
mәn bir işinizә yaraya bilәrәm. Xidmәtinizdә hazıram.
Mәn. Cәnab nazirin qәbuluna gәlmәyi vә yüksәk vәzifәyә
tәyin olunmasından dolayı onu tәbrik etmәyi özümә borc
bildim. Әlbәttә, cәnab nazir üçün münasib bir vaxtda yenә
gәlәrәm. Siyasi vәziyyәtin xarakterindәn asılı olmayaraq,