Page 246 - design_Topcubashov_Full_Layout 1
P. 246

Ә.TOPÇUBAŞOVUN DӘNİZÇİLİK
                      NAZİRİ RAUF BӘYLӘ SÖHBӘTİNİN
                                         YAZISI


                                      3 noyabr 1918-ci il, saat 21.30–22.20
                                     Türkiyә Dәnizçilik Nazirliyinin binası


                     Rauf bәy dәnizçi formasında, başında kepka nazirliyin
                  sәliqә ilә döşәnmiş, rahat qәbul otağına daxil olur.
                     Rauf bәy. Salam. Sizinlә görüşmәyә yalnız indi vaxt
                  tapa bildiyimә görә çox-çox üzr istәyirәm. Çünki İstanbula
                  yalnız dünәn qayıtmışam.  Vizit kartınızı gördüm. Sonra
                  özünüz telefonla iki dәfә zәng vurub görüşmәk istәdiyinizi
                  dediniz.  Amma hәqiqәtәn, çox mәşğul idim. Elә indi dә
                  sәdrәzәm yanına çağırıb, ora getmәliyәm. Bir daha xahiş
                  edirәm, üzrlü sayasınız.
         246         Mәn. Sizi işlәrinizdәn ayırdığıma görә, әslindә, mәn
                  üzrxahlıq etmәliyәm. Bilirәm ki, çox mәşğulsunuz, hәm dә
                  yorulmusunuz. Üstәlik, belә gec saatda bir tәrәfdәn dә mәn
                  gәlib rahatlığınızı pozuram. Lakin Azәrbaycan Cümhuriyyәtinin
                  nümayәndәsi kimi, üzәrimә qoyulan mühüm vәzifә bәndәnizi
                  bu addımı atmağa vadar edir. Batum vә  Trabzonda siz
                  Azәrbaycana, onun maraqlarına olan sәdaqәtinizi, ehtiramınızı
                  yetәrincә sübut etdiniz. Bu haqda hәmin konfranslara qatılan
                  nümayәndәlәrimiz elә şövqlә, elә ürәkdәn danışırdılar ki,
                  indiyә qәdәr sizi cәmisi bir dәfә görmәyimә baxmayaraq,
                  mәn dә şәxsinizә böyük sayğı vә mәhәbbәtlә yanaşıram,
                  ölkәmizin әn yaxın, sәmimi dostlarından biri olduğunuza
                  ürәkdәn inanıram.
                     Rauf bәy. Çox tәşәkkür edirәm. Azәrbaycana münasi -
                  bә timin әsla dәyişmәdiyini vә әvvәlki kimi saf, sәmimi
                  qaldığına inanmağınızı istәyirәm. Ancaq indi bütün diqqәtimiz,
                  tәbii olaraq,  Türkiyәyә yönәlib. Çünki ölkәni çox ciddi
   241   242   243   244   245   246   247   248   249   250   251