Page 249 - design_Topcubashov_Full_Layout 1
P. 249
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
vuruşmaq istәmir. Әgәr tәklif edilәn şәrtlәrlә razılaşmasaydıq,
o zaman müstәqil türk dövlәtinin sonrakı mövcudluğu fikri
ilә hәmişәlik vidalaşmalı olardıq. Belә bir şәraitdә azәr -
baycanlılar Türkiyәyә kömәk göstәrmәk fikrinә düşsәydi,
sizi dә yerli-dibli mәhv edәrdilәr.
Sizә mәslәhәtim belәdir: bütün qüvvәnizi Azәrbaycanın
dövlәt müstәqilliyinin tanınmasına yönәldin. Bundan ötrü
isә geri qayıtmağınız deyil, mәhz burada qalmağınız lazımdır.
Tezliklә İstanbula Antanta nümayәndәlәrindәn ibarәt
heyәt gәlәcәk. Mütlәq onlarla danışıqlara getmәk lazımdır.
Sizә bu mәsәlәdә әlimdәn gәlәn hәr cür kömәk göstәrmәyә
indidәn boyun oluram.
Mәn. Çox minnәtdaram. Amma bilmirәm, әgәr artıq
Bakının tutulması qәrarı verilibsә, belә danışıqların nә faydası
olacaq? Çünki Bakısız Azәrbaycanın mövcudluğu qeyri-
mümkündür. Getdikcә vәziyyәt elә şәkil alır ki, ondan az
itki ilә çıxmaq böyük müşkülә çevrilir. Bütün bu mәsәlәlәr
necә dә gözlәnilmәdәn baş verdi. Axı hәlә dünәn... 249
Rauf bәy (sözümü kәsәrәk). Bәli, dünәn güc bizim
tәrәfimizdә idi. Amma bu gün belә deyil. Әgәr dünәnә qәdәr
almanlarla әlbir hәrәkәt edirdiksә, indi vәziyyәt tam dәyişib.
Hәm dә bu, tәkcә türklәrә münasibәtdә belә deyil. Bu gün
bir dövlәt kimi artıq Avstriya mövcud deyil – o, mәhv edilib!
Növbәdә Almaniyadır. Әgәr biz birtәhәr salamat qalmışıqsa,
bu, ilk növbәdә verilәn qurbanlar bahasına mümkün olub.
Antanta qüvvәlәrinin Bakını tutacağı fikri sizin qanınızı
qaraldır. Amma onlar Batuma nәzarәti dә әllәrinә götürәcәklәr.
Sonra isә sizin dәmir yolu ilә Batumdan Bakıya silah, qoşun
vә s. daşıyacaqlar. Heç bir müqavimәt fayda vermәyәcәk.
Sadәcә qüvvәlәr nisbәtini müqayisә etmәk lazımdır. Onda
hәr şey aydın olar. Belәliklә, tezliklә burada Antanta
nümayәndәlәri ilә Azәrbaycanın mәsәlәlәri barәdә müzakirә
aparmaq imkanı qazanacaqsınız.
Bu gün xarici işlәr naziri Nәbi bәylә görüşәcәyәm.
Onunla da danışaram. Bir daha diqqәtinizә çatdırmaq istәyirәm