Page 252 - design_Topcubashov_Full_Layout 1
P. 252
Əlimərdan bəy Topçubaşov
çıxırlar. Xidmәtçi yaxınlaşıb bolqar elçisini dәvәt edir. İçәridәn
çıxan digәr mәmur isә sәdrәzәmin yanına mәni çağırır. Lakin
kabinetdә mәlum olur ki, bolqar elçisini qabağa salan xidmәtçi
özbaşınalığa yol verib. Xidmәtçi payını alır, mәmur üzr
istәyir, mәn isә tәzәdәn qәbul otağına qayıdıram. Burada
әvvәlcә yuxarıda xatırlatdığım yunan qәzetinin redaktoru ilә
tanış oluruq, bir-birimizә vizit kartlarımızı veririk.
Elә bu zaman köhnә tanışım, indi xalq maarif naziri
vәzifәsindә çalışan filosof Rza Tevfik bәy 346 qәbul otağına
girir. Mәni tanıyır, hal-әhval tuturuq. Nә vaxt görüşә
bilәcәyimizlә bağlı sualımın cavabında iki gün sonra gәlmәyimi
xahiş edir. Çünki dalbadal iclasları varmış. Sonra sәdrәzәmin
yanına çağırılacağımı gözlәyә-gözlәyә vaxt öldürmәk üçün
iki nәfәr ruhaniyә yaxınlaşıram. Mәlum olur ki, biri ermәni
katolik kilsәsinin başçısıdır, yüksәk tәyinat münasibәti ilә
sәdrәzәmi tәbrik etmәyә gәlib. Türkcә bilir. Mәndәn
Azәrbaycanda katolik ermәnilәrin olub-olmadığını soruşur.
252 Tәsdiqedici cavab verirәm vә ermәni katoliklәrinin ümumәn
dinc camaat olduqlarını deyirәm. “Elәdir, düz buyurursunuz,
– deyә keşiş fikrimlә razılaşır. – Biz heç bir siyasәtә
qarışmırıq”. Söhbәtin bu yerindә mәni içәri, kabinetә çağırırlar.
İzzәt paşanın zamanında indiki sәdrәzәmin oturduğu
kabinet qәbul otağı idi. Yazı masası ortadadır. Divarboyu
yumşaq divanlar düzülüb. Mәn otağa girәndә hansısa mәmur
mәruzәsini bitirirdi. Sәdrәzәm onu ayaq üstdә dinlәyirdi.
Mәmur gedir, sәdrәzәm mәnә divanda yer göstәrir, özü dә
yanımda әylәşir. Gözlәrim önündә yaşlı türkün yaraşıqlı,
xeyirxah sifәti dayanıb. Mәn özümü tәqdim edirәm vә
sәlahiyyәtimi tәsdiqlәyәn sәnәdlәrin artıq lazımi yerә
çatdırıldığını bildirirәm.
Mәn. Xidmәtinizә gәlmәyi vә yüksәk mәqama tәyin
olunmağınız münasibәti ilә sizi tәbrik etmәyi özümә borc
saydım.
Sәdrәzәm. Çox tәşәkkür edirәm. Siz, deyәsәn, xeyli
vaxtdır ki, buradasınız.