Page 254 - design_Topcubashov_Full_Layout 1
P. 254

Əlimərdan bəy Topçubaşov


                  istәyirlәr. İstәnilәn halda, hәqiqәtәn dә, bir şey baş veribsә,
                  hәmin hadisәlәr çoxdan, tәqribәn sәkkiz hәftә әvvәl olub.
                  Bunu dәqiq xatırlayıram. Çünki İstanbuldakı ermәni
                  nümayәndәlәri bizim guya Qarabağa göndәrilәn hәrbi
                  ekspedisiyanın qarşısının alınması vә Qarabağa buraxılmaması
                  ilә bağlı tәdbirlәr görmәk xahişi ilә mәnә müraciәt etmişdilәr.
                  Lakin tәәssüflәr olsun ki, mәsәlә barәsindә öz hökumәtimdәn
                  hәlә heç bir sәhih mәlumat ala bilmәmişәm. Ümumiyyәtlә,
                  Azәrbaycanla teleqraf әlaqәsi saxlamaq imkanından tamam
                  mәhrumam vә yaranmış fürsәti qәnimәt bilib, zati-alilәrinizdәn
                  bu mәsәlәdә mәnә yardım göstәrmәyi xahiş etmәk istәrdim.
                     Sәdrәzәm. Bәli, indi әlaqә mәsәlәlәri ümumәn çox
                  çәtinlәşib. İstәnilәn halda hәr cür qarşıdurmadan, süni
                  gәrginlikdәn çәkinmәk lazımdır. İndi harada keçirilәcәyi
                  bilinmәsә dә, bir ay sonra başlayan sülh konqresinә hazırlaşmaq
                  lazımdır. Lazımdır ki, sizin hökumәtin, yaxud Millәt Mәclisinin
                  bir neçә üzvü konqresә qatılıb orada  Azәrbaycanın
                  müstәqilliyini müdafiә etsinlәr. İndi sizdә parlament tipli bir
         254
                  qurum fәaliyyәt göstәrir?
                     Mәn. Bizdә Milli Şura vardı. Sonra sәlahiyyәtlәrini
                  indiki Azәrbaycan hökumәtinә verdi. Hökumәt 12 nazirdәn
                  ibarәtdir. Hәqir bәndәniz dә onların sırasındadır.  Tezliklә
                  seçkilәr keçirmәk vә Müәssislәr Mәclisi çağırmaq nәzәrdә
                  tutulurdu. Güman edirәm ki, seçkilәr artıq başa çatıb vә sülh
                  konqresinә nümayәndәlәr göndәrmәk mümkün olacaq.
                     Sәdrәzәm. Bu, çox vacibdir. Әgәr konqresdә tәmsilçiniz
                  olsa, orada da sizә bacardığımız qәdәr kömәk göstәrә bilәrik.
                  Verdiyiniz nota, habelә teleqraf әlaqәsi yaratmaqla bağlı
                  istәyiniz barәdә, xahiş edirәm, xarici işlәr naziri ilә danışasınız.
                  Deyәsәn, bu gün onun yanında olmusunuz. (Mәmur әlindәki
                  hansısa kağızlarla içәri girir. Sәdrәzәm ona müraciәtlә:
                  “Tәcilidir?” – deyә soruşur. “Bәli, zati-alilәri”, – deyә mәmur
                  cavab verir.) Gәrәk bağışlayasınız. Görürsünüz, işim başımdan
                  aşır. (Sifәtindә әzabkeşlik ifadәsi peyda olur.) Artıq mәni
                  gözlәyirlәr...
   249   250   251   252   253   254   255   256   257   258   259