Page 256 - design_Topcubashov_Full_Layout 1
P. 256

Ә.TOPÇUBAŞOVUN XARİCİ İŞLӘR
                    NAZİRİ RӘŞİD BӘYLӘ            348  SÖHBӘTİNİN
                                         YAZISI


                                           18 noyabr 1918-ci il, saat 13.00
                                            Xarici İşlәr Nazirliyinin binası


                     Saat 13-dә qәbul otağına daxil oluram. Oradakı mәmur
                  mәni dәrhal nazirin kabinetinә dәvәt edir.
                     Mәn. Zati-alilәri, icazә verin, söhbәtә әsas mәsәlәdәn
                  başlayım: indiki hökumәt kabinetinin, ilk növbәdә isә
                  rәhbәrlik etdiyiniz nazirliyin Azәrbaycana münasibәti necәdir?
                  Çünki mövcud hökumәt kabinetinin formalaşdırılması zamanı
                  hәrbi nazirliyin Şәrq şöbәsi lәğv edilib. Qafqazla, xüsusәn
                  dә bizim Azәrbaycanla bağlı bütün mәsәlәlәr Xarici İşlәr
                  Nazirliyinin sәlahiyyәt dairәsinә salınıb. Ona görә dә, tәbii
         256      ki, bu nazirliyin rәhbәri kimi, fikrinizi bilmәk maraqlıdır.
                     Nazir. Әlahәzrәt sәdrәzәm kimi, mәn dә açıq şәkildә
                  söylәyә bilәrәm ki, sizә münasibәtimiz yenә dә tam sәmimi
                  olaraq qalır. Vә çox istәrdik ki, yeni Azәrbaycan Respublikası
                  hәr vasitә ilә inkişaf edib möhkәmlәnsin. Bundan ötrü
                  ölkәnizin Avropa dövlәtlәri, ilk növbәdә isә, tәbii ki, Antanta
                  tәmsilçilәri tәrәfindәn tanınması son dәrәcә zәruridir. Әsla
                  şübhә etmәyә bilәrsiniz ki, bu mәsәlәdә gücümüz çatan hәr
                  şeyi etmәyi özümüzә borc sayırıq. Ancaq gördüyünüz kimi,
                  yaranmış şәraitdә bu, çox azdır. Siz özünüz, hökumәtiniz
                  indi bu sahәdә daha fәal çalışmalısınız.
                     Mәn. Zati-alilәri, ilk növbәdә mәhz hansı işlәrdәn
                  başlamağı mәslәhәt bilirsiniz? Bağışlayın ki, sizi narahat
                  edirәm. Siyasәt vә diplomatiya sahәsindә kifayәt qәdәr
                  tәcrübәmiz yoxdur. İndiyә qәdәr belә işlәrlә mәşğul olmamışıq.
                  Çünki çar hökumәti bizi bütün mümkün yollarla belә
                  mәsәlәlәrdәn aralı tuturdu.
   251   252   253   254   255   256   257   258   259   260   261