Page 261 - design_Topcubashov_Full_Layout 1
P. 261
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
yoxdur. Bu mәsәlәlәrin müzakirәsi üçün diplomatik
nümayәndәlәr gәlәcәklәr. Amma haçan gәlәcәklәr – heç kәc
bilmir.
Sukovkin. Tamamilә düz deyirsiniz, zati-alilәri. Mәsәlәn,
mәn bu gün fransız hәrbi missiyasının rәhbәri general
Gironun 351 yanında olmuşam. O da eyni ilә az öncә sizin
dediyiniz kimi, siyasi mәsәlәlәrlә bağlı hәr hansı
sәlahiyyәtlәrinin olmadığını söylәdi. Eyni zamanda ingilis
admiralı ilә dә görüşmәyimizi mәslәhәt bildi. İndi
hökumәtimizin tapşırığı ilә Ukrayna dövlәtinin yaranması
haqda arayış hazırlayırıq. Bu sәnәddә Velikorusiyaya, Polşaya
vә hәr iki cәbhәdәn olan dövlәtlәrә münasibәtimizi ifadә
edirik. Sәnәd, demәk olar, lap tezliklә bütün missiya vә
sәfirliklәrә göndәrilәcәk.
Mәn. Bu, çox yaxşıdır. Mәn dә indi Azәrbaycanla bağlı
eyni xarakterli memorandum üzәrindә işlәyirәm. Ancaq
icazәnizlә, sizin hazırladığınız arayışla bağlı bir qeydimi
bildirmәk istәrdim: siz orada Ukraynanın Rusiya asılılığından 261
xilas olmuş yeni yaranan dövlәtlәrә münasibәtini dә ifadә
etsәydiniz, çox yaxşı olardı. Bu, çox mühüm mәsәlәdir.
Mәnә elә gәlir ki, hamımıza – yeni yaranan dövlәtlәrә bir-
birlәrinә qarşılıqlı şәkildә yardım göstәrmәk mәqsәdi ilә
birlәşmәk son dәrәcә zәruridir.
Sukovkin. Dediyiniz mәsәlәyә münasibәt ifadә olunması
mәnim sәlahiyyәtlәrim dairәsindә deyil.
Tepişev. Lakin biz mülahizәlәrimizdә prezident Vilsonun
prinsiplәrinә әsaslanırıq. Başqa sözlә desәk, ayrı-ayrı xalqların
öz müqәddәratını sәrbәst şәkildә müәyyәn etmәsinә tәrәfdarıq.
Mәn. Fikrimcә, bu kifayәt deyil. Axı unutmaq olmaz ki,
Fransa, İngiltәrә, Amerika kimi dövlәtlәrin Rusiyanın
bütünlüyünün müdafiәsi üçün kifayәt qәdәr әsasları var.
Çünki milyardlarını geri almaqdan ötrü onlara bütöv Rusiya
daha sәrfәlidir. Bizim dövlәtlәr kimi gәnc siyasi qurumlar
aydın mәsәlәdir ki, tәzyiqlәrә davam gәtirә bilmәyәcәk,
müxtәlif güzәştlәrә getmәli olacağıq. Bunlar isә әvvәldәn