Page 263 - design_Topcubashov_Full_Layout 1
P. 263
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mübadilәsi üçün bir araya gәlmәlәri ideyasını müzakirә
edirdilәr. Toplantı yeri kimi Rostov, yaxud Yekaterinodar
göstәrilirdi. Tәşәbbüs nә ilә qurtardı – bilmirәm. Әgәr icazә
versәniz, tәklifinizin hәyata keçirilmә yollarını birlikdә
araşdırarıq. Hәm dә hazırlayacağımız sәnәdin әsasında yazılı
mülahizәlәriniz dayana bilәr. Bağışlayın, siz dә Pera Palas
hotelindә yaşayırsınız, elә deyilmi?
Mәn. Bәli, orada qalıram. Bu barәdә sizinlә әtraflı
söhbәtә şad olaram. Yeri gәlmişkәn, Krım nümayәndәsini
dә çağıra bilәrәm. O, qonşuluqda qalır.
Sukovkin. İstәnilәn halda, Ukraynanın işlәri daha pisdir.
Siz yaxşı vәziyyәtdәsiniz. Çünki sizdә, Azәrbaycanda öz
bolşeviklәriniz yoxdur. Bundan başqa, yenә, pis-yaxşı,
ordunuz var. Ordu lazım gәldiyi tәqdirdә ölkә daxilindә
qayda-qanun yarada, sabitliyi tәmin edә bilәr. Bizdә vәziyyәt
başqa cürdür. Ordumuz bolşevizm xәstәliyinә yoluxub. Ona
görә dә alman hәrbi hissәlәri gedәn kimi yerli bolşeviklәr
tәzәdәn baş qaldırıb ölkәdә anarxiya yaradacaqlar. Hәr
263
şeydәn çox bundan qorxuruq. Lakin bununla belә, indi
Müttәfiq dövlәtlәrin mövqeyi ilә barışmağa mәcburuq. Yәqin,
onlar artıq hamı üçün xәritәlәrini hazırlayıb, taleyimizi dә
istәdiklәri kimi müәyyәn ediblәr.
Mәn. Bәs onda Vilson prinsiplәri harada qaldı?
Sukovkin. Bilirsiniz, bu prinsiplәr elә prinsip olaraq da
qala bilәr.
Mәn. Mümkündür. Doğrusu, onlara çox da ümidim
yoxdur. Bu şәrait birgә addımlar atılmasının zәruriliyini
daha kәskin şәkildә ortaya qoyur.
Sukovkin. Sizinlә tanışlığa çox şad oldum. Hazırladığımız
materialı çap olunan kimi göndәrәcәyәm. Sonra danışarıq.
А.М.Топчибашев. Дипломатические
беседы в Стамбуле. 1918–1919 гг.
Баку, 1994, с. 47–50.