Page 264 - design_Topcubashov_Full_Layout 1
P. 264

Ә.TOPÇUBAŞOVUN İRAN ELÇİSİ MİRZӘ
                  MAHMUD XANLA            354  SÖHBӘTİNİN YAZISI

                                     16 noyabr 1918-ci il, saat 12.30–13.30


                                355
                     Babi-Alinin , demәk olar ki, tam qarşısında yerlәşәn
                  vә mәnә 18 ildәn bәri tanış olan İran sәfirliyinin binası xeyli
                  köhnәlib. Amma yenә tәmiz vә abırlı saxlanılır. Bu, ümumәn
                  farsların, xüsusәn dә onların tәmsilçilәrinin sәciyyәvi
                  keyfiyyәtidir.
                     Katib Mustafa bәy  Vәkilovla alt mәrtәbәdәki rahat
                  kabinetә daxil oluruq. Mebellәrin üstündә fars gerbi var, hәr
                  tәrәfә xalça döşәnib. Beş dәqiqә sonra İran elçisi dә gәlir vә
                  fransızca bizә divanda әylәşmәyә yer göstәrir. Mәn özümü
                  tәqdim edirәm vә bilәrәkdәn “Qafqaz” sözünü xüsusi
                  vurğulayıram.
                     Mәn. Özümü tәqdim etmәk şәrәfinә nail olum: Qafqaz
         264      Azәrbaycanının fövqәladә vә sәlahiyyәtli naziri (filankәs).
                  Bu da mәnim katibimdir (filankәs).
                     Fars elçisi (fransızca). “Excellence”, sizi daha әvvәldәn
                  tanımaq şәrәfinә nail olmuşam, haqqınızda oxumuşam vә
                  eşitmişәm.
                     Mәn (fransızca). “Excellence”, mәgәr siz türkcә danış -
                  mırsınız?
                     Fars elçisi. Mәn türkcә hәr şeyi başa düşürәm, ancaq
                  danışa bilmirәm. (Bundan sonra bütün söhbәt fransız dilindә
                  davam edir.) Gәldiyinizә görә çox şadam. Demәliyәm ki,
                  uzun müddәt burada olan nümayәndәniz Rәsulzadә ilә yaxşı
                  tanışam. Onunla әvvәllәr Tehranda da görüşmüşdük.
                     Mәn. Sәhv etmirәmsә, siz birinci İran mәclisinin sәdri
                  olmusunuz?
                     Fars elçisi. Bәli, “Excellence”. Bәli, Rәsulzadә dә burada
                  olub.  Tәәssüf ki, görüşә bilmәmişik. Görüşmәk bir yana
                  qalsın, iki dәfә üz-üzә gәlmişik, onda da heç bir-birimizә
                  tәzim etmәyә dә imkan olmayıb. “Excellence”, bağışlayın
   259   260   261   262   263   264   265   266   267   268   269