Page 269 - design_Topcubashov_Full_Layout 1
P. 269

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Mәn. Demәli, sizin mәrkәzi hökumәtiniz var. Bәs o
           hökumәt necә vә harada yaranıb?
               Milyukov. İndi sizә deyәrәm. Әslindә, belә hökumәt
           yoxdur. Hәlәlik yalnız mәrkәzi tәşkilat var. Müәyyәn şәrait
           yetişdiyi tәqdirdә hökumәtin yerini tuta bilәr. Dediyim
           tәşkilat indi Yekaterinodardadır. Rәhbәri Denikindir. Yanında
           tanınmış rus xadimlәri, bәlkә, başqa nazirlәr dә var. Ancaq
           hәlәlik vәzifәlәrinin adı şöbә rәislәri kimi gedir. Mәsәlәn,
           Sazonov 372  xarici işlәr şöbәsinә rәhbәrlik edir. Belәliklә,
           Rusiya, necә deyәrlәr, sizin Qafqazda tәşkil olunmağa vә
           bir araya gәlmәyә başlayır.
               Mәn. Yәni Kubanda?
               Milyukov. Bәli, Kubanda, Donda. Çünki oraların әhalisi
           başdan-başa bolşeviklәrlә qәtiyyәtli mübarizә tәrәfdarıdır.
           Hәrәkatın rәhbәrliyindә Denikinin dayanacağı güman edilir.
           General Krasnov  373  da onunla olacaq.  Amma kazaklar
           Krasnovu o qәdәr dә sevmirlәr. Bu iki nәfәrә üçüncüsü dә
           qoşulacaq. Kimliyi hәlәlik bәlli deyil.                     269
               Mәn. Hәrbçilәrdәndir?
               Milyukov. Bilinmir, bәlkә dә... Bütün hakimiyyәt hәlәlik
           onların, әsasәn dә general Denikinin әlindә toplanacaq.
           Getman Skoropadski  374  dә bu hakimiyyәtlә hesablaşmağa
           boyun olur. Onun xalqa müraciәtini oxumusunuz?
               Mәn. Bәli, oxumuşam vә belә qәnaәtә gәlmişәm ki,
           Ukrayna bundan sonra müstәqil mövcudluq istәmir. Hәtta
           buradakı Ukrayna elçisi Sukovkin getmanın müraciәtindәn
           sonra özünün “Aleksandr Mixayloviç” adlı gәmisindәki
           Ukrayna milli bayrağını endirib, әvәzindә Andreyev bayrağı 375
           qaldırıb.
               Milyukov. Biz Ukrayna hökumәti vә getmanın razılıq
           vermәlәrini istәdik. Ukraynanın müstәqilliyi mәsәlәsinә
           gәldikdә, Kiyevi tәrk etdiyim әrәfәdә ukraynalılarda, xüsusәn
           dә bizә tәrәf addım atıb müraciәti imzalayan vә әvәzindә
           Müttәfiq dövlәtlәrdәn yardım gözlәyәn Skoropadskidә
   264   265   266   267   268   269   270   271   272   273   274