Page 270 - design_Topcubashov_Full_Layout 1
P. 270

Əlimərdan bəy Topçubaşov


                  müәyyәn tәrәddüd hiss olunurdu. Kiyevdәn bütöv nümayәndә
                  heyәti ilә getdiyimiz Yassıda Antanta tәmsilçilәri belә bir
                  yardım vәdi verdilәr. Orada Ukrayna nümayәndәlәrini diqqәtlә
                  dinlәdilәr, bolşevizmlә mübarizә üçün ölkәyә ordu vә digәr
                  vasitәlәrlә kömәyin zәruriliyi haqda razılığa gәlindi.
                     Bu, iki ay әvvәl olmuşdu. Elә o zaman Müttәfiqlәrin
                  nümayәndәlәri oradan teleqrafla Parisә müraciәt etdilәr vә
                  müsbәt cavab alındı. Lakin indiyә qәdәr vәd olunan kömәk
                  ortada yoxdur. Ukraynanın tәrәddüdlü mövqeyinin sәbәbi
                  dә, tәbii ki, bununla bağlıdır. Missiyamızın әsas vәzifәsi vәd
                  olunan kömәyin tezliklә alınmasıdır. Bundan ötrü isә, necә
                  deyәrlәr, Müttәfiqlәrin başının üstünü kәsmәk vә kömәyi
                  dәrhal göndәrmәlәri üçün tәlәsdirmәkdәn ötrü Parisә getmişdik.
                     Mәn. Demәli, siz bolşeviklәrlә qarşıdan gәlәn mübarizәdә
                  mümkün qәdәr böyük qüvvәyә tәminat almaq istәyirsiniz.
                  Deyәsәn, axı Müttәfiqlәr Türkiyә ilә barışıqdan sonra hәrbi
                  güclәrin bolşeviklәrә qarşı mübarizәsinin tәşkili ilә mәşğul
         270
                  olmağa başlayıblar. Bu mәqsәdlә baza kimi Sevastopolu,
                  ümumәn Krımı seçmәk qәrarına gәliblәr. Hәtta admiral
                                                                    1
                  Qaltrop 376  Krım hökumәtinin buradakı nümayәndәsini özü
                  ilә aparıb. Yerli qәzetlәr yazmışdılar.
                     Milyukov. Tәbiidir ki, Müttәfiqlәr dә tәlәsmәlidirlәr.
                     Mәn. Bağışlayın, kim onlara mane olur?  Axı indi
                  Müttәfiqlәr Türkiyәdә yetәrincә hәrbi gücә malikdir. Bәlkә,
                  bizә bәlli olmayan başqa sәbәb var?
                     Milyukov. Bilmirәm. Lakin sizә demәliyәm ki,
                  bolşeviklәrlә mübarizә indi çox çәtindir. Onların Qırmızı
                  ordusu çox yaxşı vә qüvvәtlidir.
                     Mәn. Bu ordunun nә qәdәr әsgәri var? Әsas özәyini kim
                  tәşkil edir? Onun sıralarına kimlәr qoşulur?


                  1  Hәmin dövrdә İstanbulda general Masey Sulkeviçin rәhbәrliyi altındakı
                  Krım hökumәtini tәmsil edәn yazıçı vә ictimai-siyasi xadim Asan Sәbri
                  Ayvazov nәzәrdә tutulur.
   265   266   267   268   269   270   271   272   273   274   275