Page 266 - design_Topcubashov_Full_Layout 1
P. 266

Əlimərdan bəy Topçubaşov


                  bilirik. Özünüz dә az әvvәl tәsdiq etdiniz. Biz dost vә qardaş
                  olmuşuq, indәn sonra da dost vә qardaş kimi qalacağıq.
                  Ümid edirәm, hәtta zәrurәt yaransa, İran bizә yardım da
                  göstәrәcәk. Eyni zamanda inanıram ki, şәxsәn siz özünüz dә
                  bunu edәrsiniz, “Excellence”!
                     Fars elçisi. Әlbәttә, edәrәm. Amma hisslәr bir şeydir,
                  dövlәtin maraqları vә siyasәti tamamilә başqa şeydir. Heç
                  kim ölkәsinә qәsd olunduğunu görәndә sakit dayana bilmәz
                  vә dayanmamalıdır. Belә bir qәsd isә buradan qaynaqlanır.
                  Almanlarla birlikdә әleyhimizә planlar qururdular.  Aydın
                  mәsәlәdir ki, yerlәrdәki insanlarımız heç kәsә rәğbәt bәslәmir,
                  heç bir iddianı qәbul etmirdilәr. Hamının düşüncәsi yekdil
                  idi. Onlar ölmәyә razı olardılar, amma vәtәnә xәyanәt
                  etmәzdilәr. Bizim bu düşüncәmizә buradakılarla almanlar
                  qan axıtmaqla cavab verirdilәr. Az adamımız hәlak olmadı.
                                                             357
                  Mәn әvvәlcә mәsәlәyә Seyid Hilmi paşanın , sonra  isә
                  Tәlәt paşanın diqqәtini cәlb etdim. Birinci qәtiyyәn dövlәt
                  adamı deyildi.
         266
                     Mәn. Amma, “Excellence”, mәnim bildiyim qәdәr, siz
                  türk dostusunuz.
                     Fars elçisi. Bәli, doğrudur. Amma o da doğrudur ki,
                  mәnim türk dostu, yaxud firәng dostu olmağım yalnız İran
                  üçündür. Çünki ilk növbәdә İranın dostuyam. Öz ölkәmi
                  sevirәm, onun maraqlarını qorumalıyam.
                     Mәn. Doğrudur.
                     Fars elçisi. “Excellence”, sizә demәliyәm ki, mәn mömin
                  müsәlmanam, öz dinimә bağlıyam, Quran oxuyuram. Bu
                  mәnada müsәlmanların bütün uğurlarına sevinir,
                  uğursuzluqlarına kәdәrlәnirәm. Bax, indi siz oturduğunuz
                  kürsüdә vaxtı ilә  Tәlәt paşa oturmuşdu. Mәn ona  Aya
                  Sofyanın 358  minarәlәrinin birinin yıxılması barәdә gördüyüm
                  yuxunu danışdım. Bәdbәxtlikdәn, o yuxu tezliklә çin oldu –
                  Bağdad süqut etdi. Tәәssüflәr olsun ki, o zaman Qolts paşa 359
                  öldü. Xәlil paşa kimi bonvivanlar (fr.: “әylәncә düşkünü”,
                  “öz keyfi üçün yaşayan”) isә aydın mәsәlәdir ki, Bağdadı
   261   262   263   264   265   266   267   268   269   270   271