Page 265 - design_Topcubashov_Full_Layout 1
P. 265
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
ki, başınızı ağrıdıram. Sizi inandırıram ki, bu söhbәti sanki
öz yaxın, doğma adamıma danışan kimi danışıram. Axı biz
sizinlә qardaşıq. Elә deyilmi, “Excellence”? Amma öz
aramızdır, zamanında necә dәhşәtli sәhvlәr buraxılıb. Eyni
zamanda әsla şübhә etmәmәlisiniz ki, biz farslar azadlığınıza
ürәkdәn sevinirik. Әgәr ermәnilәrlә gürcülәr Qafqazda
müstәqil dövlәtlәrini qururlarsa, müsәlmanlar nә üçün eyni
addımı atmamalıdırlar? Aydın mәsәlәdir ki, müstәqilliyinizә
qarşı ola bilmәrik, әksinә, onu alqışlamalıyıq.
Mәn. Sizә çox minnәtdaram. Belә olduğuna qәtiyyәn
şübhәmiz yoxdur.
Fars elçisi. “Econtez, Excellence” (fr.: “bağışlayın,
әlahәzrәt”). Siz qurduğunuz dövlәtә “Azәrbaycan” adı
vermisiniz. Bunu necә başa düşәk? Bu, sizin İran hüdudlarında
yerlәşәn әsl Azәrbaycana iddianız kimi anlaşılmamalıdır ki?
Mәn. Qafqaz azәrbaycanlılarının belә iddiası olmayıb
vә indi dә yoxdur. Hәm dә Azәrbaycan coğrafi termindir.
Azәrbaycanın bir hissәsi Qafqazda, digәr hissәsi isә İranda 265
yerlәşir.
Fars elçisi. Yox, “Excellence”. Haqqında danışdığımız
mәsәlә coğrafiya hüdudlarından kәnara çıxır. Sonra, Siz
özünüzü Azәrbaycan türklәri sayırsınız. Amma öz aramızdır,
ümumәn Qafqazda vә İranda türklәr yerli-dibli yoxdur. Әhali
hamısı farsdır. Sizin ata-babalarınız da fars olub.
Mәn. İcazә verin...
Fars elçisi (sözümü hәyәcanla kәsәrәk). Yox, “Excellence”,
ardına qulaq asın. Sizin bütün sivilizasiyanız, mәdәniyyәtiniz,
adәt-әnәnәlәriniz, geyiminiz – hamısı farslardakı kimidir.
Yeri gәlmişkәn, günahı tәk sizdә axtarmaq da doğru
deyil. Mәslәhәt hәmişә buradan verilib. Urmiya, Soyuqbulaq,
Tәbriz 356 dә daxil, Azәrbaycan vә Zaqafqaziya müsәlmanları
– bunlar hamısı türklәr olmayan yerdә türk axtarmaq fikrinә
düşәn istanbullu siyasilәrin işlәridir.
Mәn. Bağışlayın, xalqların mәnşәyi ilә mәşğul olan elm
sahәsi var. Nәhayәt, farsların ölkәmizә rәğbәtlә yanaşdıqlarını