Page 273 - design_Topcubashov_Full_Layout 1
P. 273
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Milyukov. Әlaqә vardı. Hәtta Astrovu 384 nümayәndә
kimi ora göndәrdik. Hәm dә general Denikinә vә başqa iki
nәfәrә geniş sәlahiyyәtlәr vermәk şәrti ilә onlarla birlәşmәk
istәyirdik. Bu adamlardan birinin sosialist olması ilә bağlı
razılığa da gәlmişdik. Ufada isә üç yox, beş nәfәr seçdilәr.
Doğrudur, Denikin başda olmaqla vә tәrkibә iki nәfәr sosialist
daxil edilmәklә! Amma biz bununla razılaşmadıq,
nümayәndәmiz Astrov mәktub yazıb Ufa hökumәtindә
iştirakdan imtina etdiyini bildirdi. Bundan başqa, bütün altı
Sibir hökumәtinin 385 hamısı ufalıları tanımadıqlarını bәyan
etdilәr. Lakin Çernovla 386 Boldırev hәlә dә ruhdan düşmürlәr.
Onlar hәtta Ufada Ümumrusiya Müәssislәr Mәclisinin 387
çağırıldığı günü dә bәyan ediblәr. Yanılmıramsa, 1919-cu
ilin yanvarında olmalıdır. Hәm dә әvvәldәn yalnız 170 nәfәrin
yığışacağı tәqdirdә Müәssislәr Mәclisinin işә başlayacağı
bildirilib. Aydın mәsәlәdir ki, biz Ufada toplaşanların yığıncağını
Müәssislәr Mәclisi kimi tanıya bilmәrik.
Mәn. Yassıdakı iclasdan 388 sonra sizin Odessada toplantınız, 273
yaxud qurultayınız keçirilib? Kiyev qәzetlәrindә bu barәdә
yazılmışdı.
Milyukov. Toplantıdan sonra bәzilәrimizin Kiyev vә
Yekaterinodara getmәsi nәzәrdә tutulurdu. Ümumi qәrar
belә idi ki, nümayәndә heyәti yaradıb prezident Vilsonun da
gәlişinin gözlәnildiyi Parisә gedәk. Mәn artıq әvvәldә
demişdim: sәfәrin әsas mәqsәdi bolşeviklәrә qarşı mübarizәyә
başlamaq üçün mümkün qәdәr az vaxtda hәrbi yardım
almağa nail olmaq idi. Çox güman ki, sülh konqresi tezliklә
baş tutmayacaq. Lakin indidәn hazırlaşmaq lazımdır.
Bizim Rusiyanın başqa xalqlarına münasibәtlә bağlı
demәliyәm ki, mәsәlә әtrafında tәşkilatımızda hәlә fikir
mübadilәsi aparılmayıb vә hәr hansı qәrar verilmәyib. Hәr
şey aydındır, indiki vaxtda әn vacib vәzifә bolşeviklәrdәn
xilas olmaqdır. Әgәr onlar sәhnәdәn çәkilsәlәr, Rusiya
nicatını tapacaq.