Page 253 - design_Topcubashov_Full_Layout 1
P. 253
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Mәn. Tәxminәn bir ay yarım olar. Mәn gәlәnә qәdәr
bizim sülh nümayәndә heyәtinin üzvlәri İstanbulda idilәr.
Amma onlar geri qayıtdılar. Çünki nәzәrdә tutulan konfrans 347
baş tutmadı. Heyәt üzvlәri әlahәzrәt sultana tәqdim olunanda
hökmdar azәrbaycanlıları öz sevimli övladları adlandırmaq
lütfkarlığı göstәrmişdi. Biz bu qәlb oxşayan sözlәri yaxşı
xatırlayırıq. Ürәyimizdә özümüzә belә bir şirniklәndirici
ümidlә tәsәlli veririk ki, bundan sonra da әlahәzrәtin, demәli,
hәm dә Türkiyә hökumәtinin sevimli övladları kimi qalacağıq.
İmkan düşәndә hökumәtimә xәbәr vermәk üçün zati-alilәrinin
dilindәn dә belә әminliklә dolu sözlәr eşitmәk istәrdim.
Sәdrәzәm. Azәrbaycan türklәrinә bәslәdiyimiz sәmimi
hisslәrә qәtiyyәn şübhә etmәyә bilәrsiniz. Sizin hәmişәki
xeyirxahlarınızıq. Amma tәbii, özünüz dә yaxşı görürsünüz
ki, hәm ümumi vәziyyәt, hәm dә Türkiyәnin işlәri necә
dәyişib. Tәәssüf ki, bu dәyişikliklәr sultan hökumәtini sizi,
sizin müstәqilliyinizi dәstәklәmәk imkanından mәhrum edib.
İndi bizdәn Qafqazdakı qoşunlarımızı çıxarmağı tәlәb edirlәr. 253
Bu istәyә boyun әymәyә mәcburuq vә tabe olacağıq. Öz
aramızda deyә bilәrәm ki, qarşımızda belә qәti tәlәb
qoyulmasının sәbәbi Qarabağ mәsәlәsidir. Bizә deyirlәr ki,
qoşunlarımız Qarabağa daxil olub vә orada ermәnilәrlә
amansız rәftar edilib. Nә mәsәlәdir? Sizdә bir mәlumat var?
Mәn. İlk öncә, icazә verin, xeyirxahlıq duyğularınızın
ifadәsinә görә sizә minnәtdarlığımı bildirim. Türk qoşunlarının
çıxarılması ilә bağlı mәn İzzәt paşa kabinetinә ayrıca nota
tәqdim etmәk şәrәfinә nail olmuşdum. Notada Antanta
nümayәndәlәri ilә imzalanmış barışıq anlaşmasının 11-ci vә
15-ci maddәlәri ilә bağlı da münasibәtimizi bildirmişdim.
Qarabağ mәsәlәsinә gәldikdә isә, siz әlahәzrәtlәrin hansı
mәnbәdәn mәlumat aldığınızdan xәbәrim olmasa da,
düşünürәm ki, qonşularımız ermәnilәrin tәmsilçilәri öz
adәtlәri üzrә mәsәlәnin әhәmiyyәtini hәddindәn artıq şişirdir
vә bu yolla da Müttәfiq dövlәtlәrin diqqәtini cәlb etmәk