Page 248 - design_Topcubashov_Full_Layout 1
P. 248

Əlimərdan bəy Topçubaşov


                  bilmәzdi. Әgәr 15-ci maddәnin mәnası üzәrindә ciddi
                  düşünsәk, sonluqdan aydın olur ki, nәticә etibarilә ingilislәrә
                  Bakını nәzarәt altına götürmәyә imkan yaradılır. Bir dә
                  tәkrar edirәm: Türkiyә tәmsilçisinin Antanta dövlәtlәrinin
                  nümayәndәlәri ilә danışıqlarında Bakı haqqında hәr hansı
                  mülahizәyә qәtiyyәn yer olmamalı idi. Çünki Bakı sizin,
                  Türkiyәnin deyil.
                     Rauf bәy. Әfәndi, biz xatırlatdığınız mәqama xüsusi
                  diqqәt yetirmişik vә dәfәlәrlә aydın şәkildә vurğulamışıq ki,
                  Bakı bizim deyil, Antanta bu mәsәlә ilә bağlı Azәrbaycan
                  hökumәti ilә danışıqlara başlamalıdır. Lakin ingilislәr qәti
                  şәkildә bildirdilәr ki, onlar nәyin bahasına olur-olsun, Bakıya
                  nәzarәti öz әllәrinә alacaqlar. Vә üstәlik bildirdilәr ki, orada
                  hәlә dә hәrbçilәrimiz qaldığı üçün biz türklәr Bakının ingilis
                  qüvvәlәri tәrәfindәn tutulmasına maneçilik törәtmәyәcәyimizlә
                  bağlı zәmanәt vermәliyik. Vә tәlәb irәli sürdülәr ki, hәmin
                  müddәa barışıq şәrtlәrinin mәtninә daxil edilsin. Faktiki
         248      şәkildә indi, deyәsәn, sizin sәrәncamınızda olan Zaqafqaziya
                  dәmir yolu haqqında da eyni sözlәri söylәmәk mümkündür.
                     Mәn. Mәn barışıq şәrtlәrinin hәr iki maddәsi (11-ci vә
                  15-ci) ilә әlaqәdar müvafiq etiraz bildirmәliyәm. Hazırladığım
                  notanı günü sabah cәnab xarici işlәr nazirinә tәqdim edәcәyәm.
                  Lakin әvvәlcә mәsәlә barәdә mәhz sizinlә danışmaq istәrdim.
                  Vә eyni zamanda sonrakı addımlarımın xarakter vә istiqamәti
                  ilә bağlı sizdәn mәslәhәt almaq istәrdim. Çünki indi vәziyyәt
                  elә şәkil alır ki, doğrusu, qorxuram, bundan sonra İstanbulda
                  qalmağımın bir faydası olmasın. Ona görә dә dәrhal
                  Azәrbaycana qayıtmağı daha üstün tutardım.
                     Rauf bәy. Etirazınızı bildirmәklә siz, әlbәttә, borcunuzu
                  yerinә yetirirsiniz. Lakin yaranmış şәraitlә yaxşı tanış
                  olduğumdan bunu sizә demәyi özümә borc bilirәm ki, indiki
                  şәraitdә mövcud vәziyyәti dәyişmәklә bağlı atılan heç bir
                  addım fayda gәtirmәyәcәk. Başa düşün, biz mәğlubiyyәtimizi
                  boynumuza almışıq, hamı yorulub, ordu, ümumiyyәtlә,
   243   244   245   246   247   248   249   250   251   252   253