Page 241 - design_Topcubashov_Full_Layout 1
P. 241
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
dünyada hәr şeydәn çox İngiltәrә vә Fransa nümayәndәlәri
ilә sülh danışıqlarının aparıldığı adada (İstanbul yaxınlığında,
Mәrmәrә dәnizindәki Uzun, yaxud Böyük ada (Prinkipo)
nәzәrdә tutulur – Tәrc.) olmaq istәrdim. Vyana vә Berlinә
deyil, ora getmәk istәrdim.
Nazir. Danışıqlar uzun çәkmәyәcәk, tezliklә hәr şey
aydınlaşacaq. O vaxt birlikdә fәaliyyәt göstәrmәli olacağıq.
İndi isә gözlәmәk lazımdır.
Mәn. Cәnab sәdrәzәmә dә bildirmәk şәrәfinә nail oldum
ki, Azәrbaycanın, elәcә dә böyük mәhәbbәtlә sevdiyimiz
Türkiyәnin ümumi maraqları naminә tәrәfimdәn hәr hansı
bir xidmәt, yaxud fәaliyyәt tәlәb olunacağı tәqdirdә ilk
çağırışdan qulluğunuzda hazıram. (Bu zaman növbәtçi mәmur
otağa daxil olur vә Avstriya-Macarıstan sәfirinin gәldiyini
xәbәr verir. Nazir: “Qoy gözlәsin!” – deyir. Mәmur otaqdan
çıxır.)
Mәn. İcazәnizlә, daha bir neçә dәqiqә vaxtınızı alım.
Mәsәlә bundadır ki, Türkiyә hökumәti bizә hәlә dә diplomatik 241
nümayәndә göndәrmәyib. Belә bir nümayәndәnin tәyin
edilmәsi bir çox cәhәtlәrdәn әlamәtdar ola bilәrdi. Yeri
gәlmişkәn, dünәnki qәzetlәrdә artıq Ermәnistana diplomatik
nümayәndәnizin tәyin olunması haqda yazılmışdı. Hәlә onu
demirәm ki, bundan әvvәl Ermәnistanda da, Gürcüstanda da
hәrbi nümayәndәlәr (Mehmet Әli paşa vә Әbdül Kәrim
paşa) vardı. Bu baxımdan bizdә Nuru paşaya gәrәkli
sәlahiyyәtlәr verilibmi?
Nazir. Biz bu haqda düşünürük. Azәrbaycana da diplomatik
nümayәndә tәyin olunacaq. Nuru paşaya isә yalnız şifahi
şәkildә bәzi tәlimatlar verilib.
Mәn. İcazәnizlә, Qarabağ barәsindә dә iki söz. Keçmiş
Gәncә (Yelizavetpol) quberniyasının Şuşa, Cavanşir, Cәbrayıl
vә Zәngәzur sancaqlarını (qәzalar) ermәnilәr Qarabağ
adlandırırlar. Bu yerlәr hamısı Azәrbaycanın tәrkib hissәsi
sayılır vә hökumәtimizin öz sәrhәdlәri daxilindә qayda-