Page 235 - design_Topcubashov_Full_Layout 1
P. 235
Ә.TOPÇUBAŞOVUN SӘDRӘZӘM
İZZӘT PAŞA İLӘ SÖHBӘTİNİN YAZISI
21 oktyabr 1918-ci il, saat 14.15
Babi-Ali binası
Görüşә kapitan Kuquşevin müşayiәti ilә gedirәm. Babi-
Alinin girişindә Şәrq şöbәsinin mәmuru Sadәddin bәy
qarşılayır. Qәbul otağına keçirik. Burada sәdrәzәmin yavәri
asta sәslә soruşur: “Gәlәn Azәrbaycanın naziri vә sәfiridir?”
Sadәddin bәy tәsdiqedici ahәnglә başını tәrpәdir. Yavәr
qapının arxasına keçir vә dәrhal geri qayıdıb mәnә müraciәtlә:
– “Buyurun”, – deyir.
Mәn. İcazә verin, zati-alinizә özümü tәqdim etmәk
şәrәfinә nail olum. Azәrbaycan hökumәtinin üzvü, Dәr-
Sәadәtә (Sәadәt Qapısı; Şәrq ölkәlәrindә İstanbula verilәn
ad – Tәrc.), Vyana vә Berlinә Azәrbaycanla bağlı bütün
mәsәlәlәr üzrә danışıqlar aparmaq üçün xüsusi sәlahiyyәt 235
verilmiş fövqәladә vә sәlahiyyәtli nazir... Mandatım Xarici
İşlәr Nazirliyinә tәqdim olunub, hәrbi nazirliyin Şәrq şöbәsindә
dә surәti var. Artıq üç hәftәyә yaxındır ki, buradayam.
Keçmiş sәdrәzәm Tәlәt paşa, Әnvәr paşa vә digәr nazirlәrlә
görüşüb danışmaq şәrәfinә nail olmuşam. İndiyә qәdәr
özümü sizә dә tәqdim etmәk üçün fürsәt gözlәyirdim. İcazә
verin, ilk növbәdә yüksәk sәdrәzәm vәzifәsinә tәyin
olunmağınız münasibәti ilә tәbriklәrimi çatdırım.
İzzәt paşa. Çox minnәtdaram. Burada özünüzü necә
hiss edirsiniz? Әvvәllәr heç İstanbulda olmusunuzmu?
Mәn. Diqqәtinizә görә tәşәkkür edirәm. İstanbulda ilk
dәfә 18 il әvvәl olmuşam. Aradan keçәn müddәt әrzindә
bütün sahәlәrdә böyük dәyişikliklәr baş verdiyini deyә
bilәrәm.
İzzәt paşa. Bәli, vaxt çox sürәtlә keçir, hәr şey dәyişir.
İndi isә zamanın günlәrlә deyil, hәtta saatlarla dәyişdiyini
görürük. Baxın, dünәn vәziyyәt necә idi, bu gün nә baş