Page 475 - design_Topcubashov_Full_Layout 1
P. 475
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
vermәyә qadir olan 4 milyon nәfәrdәn çox ölkә vәtәndaşını
da әlavә etsәk, aydın olar ki, Azәrbaycan Respublikasının
illik gәliri onun bütün zәruri mәsrәflәrini ödәmәk üçün tәlәb
edildiyindәn dә artıqdır.
1919-cu il büdcәsinin bәzi rәqәmlәri
Müharibәnin vә bolşeviklәrin milli iqtisadi hәyatda vә
Azәrbaycanın maliyyә tәsәrrüfatında törәtdiklәri qarma-
qarışıqlığa baxmayaraq, 1919-cu ildә dövlәtin illik büdcәsi
665 milyon manata çatmışdı. Smetada nәzәrdә tutulan bәzi
büdcә xәrclәri aşağıdakı şәkildә idi: şәhәrlәrin, kәndlәrin vә
dağıdılmış tәsәrrüfatların bәrpası üçün – 130 milyon manat,
ümumi tәhsil üçün müvәqqәti dotasiya – 30 milyon manat,
ordunun tәchizi üçün – 80 milyon manat.
“Azәrbaycan Respublikasının maliyyә vә iqtisadi vәziyyәti”
adlı әlavәdә dövlәt büdcәsinin tәsnifatı ilә bağlı daha
tәfәrrüatlı mәlumat verilmişdir.
475