Page 500 - design_Topcubashov_Full_Layout 1
P. 500

Əlimərdan bəy Topçubaşov


                  bәyin insanların dini hisslәrinә münasibәtindә heç vaxt,
                  azacıq da olsun, tәhqir sәviyyәsinә çatacaq bir tәsadüfә rast
                  gәlinmәmışdir.

                                           * * *
                     Hәyatının mühüm bir faktı Hәsәn bәyә hücumları daha
                  da güclәndirmişdir. Bu da ailә qurması ilә bağlı idi. Tale
                  onun qarşısına gәnc vә yaxşı tәhsil görmüş dağlı qızı Hәnifә
                  Abayevanı çıxarmışdı. Hәnifә xanım mәnşәcә qarlı Elbrusun
                  әtәklәrindә yaşayan türk әsilli kiçik balkar xalqının tәmsilçisi
                  idi. Abayev familiyası bu xalq arasında geniş yayılmışdı.
                  Abayevlәr mәşhur kabardin, çәrkәz vә osetin ailәlәri ilә dә
                  qohum idilәr. Hәnifә xanim 8–9 yaşlarında kiçik qız ikәn
                  Tiflisdәki Müqәddәs Nina mәktәbinin    576  pansionatına
                  göndәrilmiş, tәhsil kursunu böyük uğurla başa vurmuşdu.
                  Lakin gәnc xanım Abayeva mәktәbin kandarından kәnara
                  ayaq basmağa macal tapmamış Hәsәn bәyin elçisi qapını
                  kәsmişdi. Mövcud adәt-әnәnәlәrin ziddinә olaraq elçiliyә
         500
                  gәlәn elә Hәsәn bәyin özü idi. O, özü ilә birlikdә mәktәbә
                  molla gәtirmiş, kәbini dә elә burada kәsdirmişdi. Vә belәcә
                  Hәnifә xanım Mәlik-Zәrdabi sevimli Balkariya vә onun
                  ecazkar dağları әvәzinә, Xәzәr sahillәrinә gәlib çıxmışdı.
                  Burada isә gәnc qadını gәrgin fәaliyyәt vә taleyini bağladığı
                  insanın böyük şöhrәti gözlәyirdi.
                     Belә qeyri-adi nikah müsәlmanlar arasında söz-söhbәtin
                  yaranmasına sәbәb olmuşdu. Uşaqlarının müәllimi Hәsәn
                  bәyin cavan xanımını cәmiyyәt arasına çadrasız çıxardığını
                  görәn müsәlmanların necә hiddәtlәndiklәrini tәsәvvürә
                  gәtirmәk çәtin deyildir. Haqqında söhbәt gedәn dövrdә
                  Bakının Zaqafqaziyanın müsәlman mәrkәzlәri içәrisindә
                  dәdә-baba qaydalarına daha çox әmәl edәn yer kimi şöhrәt
                  qazandığını da yaddan çıxarmaq olmazdı. Şәhәr sakinlәrinin
                  fikrincә, müsәlman qadınının hәtta çadra altında da küçәdә
                  tәkbaşına görünmәsı yalnız onun yaxınları vә doğmaları
                  deyil, az qala bütün hәmdinlәri üçün tәhqiramiz vә alçaldıcı
   495   496   497   498   499   500   501   502   503   504   505