Page 501 - design_Topcubashov_Full_Layout 1
P. 501
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
hәrәkәt sayılırdı. Şәriәt qanunlarının cahil şәrhçilәri belә
sәrbәstliyi islamın tәlәblәrinin açıq-aşkar pozulması kimi
dәyәrlәndirirdilәr. Nәticәdә Hәsәn bәyin әleyhdarları
hücumlarını kәskinlәşdirir, onun ünvanına tәhqir yağdırmaqdan,
hәtta özünә vә xanımına daş-kәsәk atmaqdan da çәkinmirdilәr.
Lakin Hәsәn bәy kimlәrlә üzlәşdiyini yaxşı bilirdi. Bilirdi
ki, bugünkü әleyhdarları qadını qapalı vәziyyәtdә, әsarәt
altında saxlamağın faydasızlığını anlayandan, onun kişinin
әn yaxın dostu olduğunun fәrqinә varandan, birgә hәyatın
çәtinlik vә mәhrumiyyәtlәrini bölüşmәk üçün xanımına
lazımi imkan yaradılmasının zәruriliyini başa düşәndәn sonra
әn yaxın dost vә müttәfiqlәrinә çevrilәcәklәr. Odur ki, heç
nәyә baxmadan seçdiyi yolla irәlilәyirdi. İlk növbәdә ailәsinin
nümunәsi ilә müsәlman qadınının vәziyyәtini yüngüllәşdirmәk
vә yaxşılaşdırmaq üçün mümkün olan hәr şeyi etmәyә
çalışırdı. Hәm dә xoşbәxtlikdәn, o, gәnc, enerjili Hәnifә
xanımın simasında cәmiyyәtdә qadının rolu mәsәlәsindә
yaxın tәrәfdarını, fikirlәrinin әn yaxşı tәrcümanını tapmışdı. 501
Hәnifә xanım Mәlik-Zәrdabi Hәsәn bәyin sağlığında öz
üzәrinә götürdüyü çәtin vәzifәnin öhdәsindәn yüksәk bacarıq
vә lәyaqәtlә gәlmişdi.
* * *
Bir sözlә, indi Hәsәn bәy tәk deyildi. Tale Hәnifә xanımın
simasında ona sevinc vә kәdәrini bölә bildiyi sәmimi dost,
fәal yardımçı, qiymәtli әqidә yoldaşı göndәrmişdi. Xalq
mәnafeyi uğrundakı birgә fәaliyyәt zәminindә qazanacaqları
uğur vә başarıların cәlbedici mәnzәrәlәrini göz önündә
canlandırdıqca ürәklәri yaşamaq vә qurub-yaratmaq eşqi ilә
dolu olan gәnc insanların mәnәvi ittifaqı onların qarşısında
yeni perspektivlәr açır, mәqsәdә çatmaq üçün yeni yollar vә
vasitәlәr axtarmalarına tәkan verirdi.
Pedaqoji fәaliyyәtә böyük mәhәbbәtinә vә xalq üçün
tәhsilin faydasına bәslәdiyi inama baxmayaraq, dövlәt tәdris
müәssisәsinin mәhdud çәrçivәsi Hәsәn bәyi daha tәmin