Page 98 - Tarey Vesos_Макет 1
P. 98

Tarey Vesos
                O, burada qalmaq istәdi. Xizәklәrini çıxarıb möhkәm qarın
            üstüylә, buz divarın yanıyla yuxarı hәrәkәt elәdi. Axan vә çırpılan
            sudan әmәlә gәlәn buz qәsr indi öz donuqluğu vә möhkәmliyi ilә
            onu özünә çәkirdi. Onun başına qalxıb, sadәcә burada qalmaq
            istәyirdi.
                Yuxarıda olanda gözü önündә buz tutmuş bir qarma-qarışıqlıq
            canlandı. Bir qar dәnәciyi dә görünmürdü. Buz tәpәlәrlә ehtiyatla
            aşağı düşdü, dәrin buz novçaların arasından sürüşüb keçdi. Vә
            bütün bu müddәt әrzindә bir fikir beyninә hakim kәsilmişdi: hәr
            halda, buzdu, elә möhkәm olmaya da bilәr. Kim bilir, bәlkә,
            Unnun başına gәlәn hadisә dә elә bu cür olub?
                Bu qız xәcalәt içindә rәfiqәlәrindәn ayrılmışdı, indi isә onlarla
            birlikdә yola çıxdığına görә nәyәsә xәyanәt etdiyinin әzabını
            çәkirdi. Rәfiqәlәrinin onu sәslәyәn baxışlarına, xizәk gәzintisinә
            görә öz vәdini unutmuşdu. Yox, gәzintiyә görә yox, rәfiqәlәriylә
            birlikdә olmağa görә. Bu istәyә qarşı durmaq get-gedә çәtinlәşirdi.
            Nә qәdәr gücü çatır, müqavimәt göstәrәcәk.
                Bu yüksәk, necә gәldi kәsilmiş buz günbәzdә Sissi dәrin
            hәyәcan bürüdü. O, novçaların arasıyla sürüşә-sürüşә deşik
            yerlәrә tәrәf düşәndә qәflәtәn yarğanın üstündә gün şüalarına
            qәrq olmuş qәsrin kәnarındakı çıxıntıda peyda oldu. Burada çox
            da dәrin olmayan bir yer var idi. Möhkәm, şәffaf buzluq. Günәş,
            şüalarıyla onun üzәrinә yüzlәrlә naxış vurmuşdu.
                Qәflәtәn içindәn çığırtı qopdu. Unn! Düz gözü qarşısında,
            buz divarların arxasından rәfiqәsinin sifәti göründü.
                Bir anlıq ona elә gәldi ki, gördüyü Unndu!
                Haradasa buz layının dәrinliklәrindә.
                Parlaq mart günәşi öz şüalarını düz Unnun üstünә salıb onu
            müxtәlif parıltılar vә zolaqlarla, çәpәki şırımlar vә işıq seliylә,
            qeyri-adi buz güllәr vә naxışlarla әhatә elәmişdi. Unn sanki
            bayram libasına bürünmüşdü.
                Siss nә tәrpәnә, nә dә ağzını açıb bir söz deyә bilirdi, donuq
            vәziyyәtdә buza baxırdı. Başa düşdü ki, bu mәnzәrә, olsa-olsa,
            qarabasmadı. Qarabasmalara tuş gәlmәlәri haqqında adamlardan
            çox eşitmişdi. İndi bu, öz başına gәlmişdi. Unn gözünә görünmüşdü.

                                       98
   93   94   95   96   97   98   99   100   101   102   103