Page 103 - Tarey Vesos_Макет 1
P. 103

Buz qəsr
          diqqәtli olmalıydı. Adamlar bu barәdә bilsәlәr, yenә vәziyyәti
          pislәşәcәk.
             Odur ki, ya öz otağına çәkilib kitab oxuyur, ya da küçәdә
          tәk-tәnha gәzirdi. Ata vә anasının baxışlarından tәhlükә boylanırdı:
          tәslim olsaydı, bütün gizlinlәr üzә çıxacaqdı.
             Valideynlәri nәyisә gözlәyirdi vә Siss bunu yaxşı hiss elәyirdi.
          Amma onlara yaxınlaşmaq gücündә deyildi. Bir gün tamam sakit
          tonla dedilәr.
             – Siss, biz sәni çox az görürük.
             – Hә, – cavab verdi.
             Bununla da söhbәt bitdi. Amma onu danışmağa mәcbur da
          edә bilәrdilәr. Siss nә etmәli olduğunu bilmirdi.
             Unn niyә gözümә göründü?
             Onu unutmamağım üçünmü?
             Sözsüz.
             Sissә elә gәlirdi ki, Unnu artıq unudublar. Nә haqqında danı -
          şan, nә dә adını çәkәn var idi. Evdә dә, mәktәbdә dә. Sanki bu
          adam heç vaxt olmamışdı. Siss hiddәtlә belәcә düşünürdü.
             Onu yalnız mәn xatırlayıram. Hә, düzdü, bir dә xalası, o da
          unutmayıb. Evi satıb buralardan getmәdi.
             Daha kim onun haqqında düşünür?
             Bu sual Sissә rahatlıq vermirdi, elә әzab çәkirdi ki, sınaq
          keçirmәyi qәrara aldı.
             Bu sınağı bir sәhәr dәrslәrin başlamasına az qalmış sinifdә
          keçirmәyi qәrarlaşdırdı. Müәllimdәn başqa, artıq hamı yerindәydi.
          İstәmirdi ki, müәllim uşaqlara tәsir edә bilsin. Onun üçün elә dә
          asan deyildi.
             Özündә cürәt tapıb ayağa qalxdı vә hamının eşitmәsi üçün
          nәsә vacib bir mәsәlәni bәyan edirmiş kimi ucadan dedi:
             – Unn!
             Yalnız ad. Başqa bir söz deyә bilmәz. Onlar başa düşәcәklәr.
             İlk әvvәl gözlәntilәrinin әksinә, heç nә olmadı.  Tәbii ki,
          hamı ona sarı döndü, sinifdәki hay-küy kәsildi, sükut yarandı –
          vәssalam.
             Onlar, yәqin, ardını gözlәyirdilәr.  Amma Siss susurdu vә
          uşaqlar bir-birinә baxdılar. Әvvәlki kimi, heç kim cınqırını
                                    103
   98   99   100   101   102   103   104   105   106   107   108