Page 102 - Tarey Vesos_Макет 1
P. 102

Tarey Vesos
                İsti vannada uzanmışdı vә gözü qarşısında işım-işım yanan
            buz çiçәklәr vә işıq zolaqlarıyla әhatә olunmuş sima var idi. Bu
            sima qarabaqara onu izlәyirdi. Adәtәn, belә yürüşlәrdәn sonra
            әmәlә gәlәn rahatlıq vә yorğunluq hissi haradasa yaxınlıqdaydı,
            gözlәyirdi, amma ona olan yol bağlıydı. Buz divarlar vә dәfәlәrlә
            böyümüş sima mane olurdu.
                Qoy heç vaxt heç kimә demәyәcәyi, amma hәmişә fikrindә
            olacaq bu söz onlardan әn mәhrәmi kimi daim ürәyindә qalsın.
            Bu ağır yükü tәk daşıyacaq.
                Qulağına sәs gәldi: Siss.
                Yox, yox, ona elә gәldi.
                Amma bu isti, xoş buxarın arasından Unnun siması boylandı.
                Siss! – yenidәn eşitdi.
                Bütün yolboyu canını bürüyәn hәyәcan burada, vannada onu
            qamarladı. Buz divarlar, gözlәr onu dövrәyә almışdı...
                – Ana! – qışqırdı.
                Ana dәrhal peyda oldu, sanki çağırılacağını özü dә gözlәyirdi.
            Siss özünü balaca uşaq kimi hiss etdi. Amma baş verәnlәr barәdә
            bir kәlmә dә demәdi.





                                        15

                                      Sınaq

                Vәd indi nә mәna kәsb edir?
                Sәni әhatә edәn nәdi? Saçlarını nәvazişlә sığallayan işıltılı
            külәk. Yüngül, sanki özünә oxşamayan külәk.
                Mәnim vәdimdә deyildiyi kimi olmayacaq. Unn heç vaxt
            qayıtmayacaq, qayıdıb yanıma gәlmәyәcәk. Bir halda ki Unn
            artıq sağ deyil, nә etmәliyәm?
                Sәhәri gün mәktәbdә yenә tәkliyә çәkilmişdi, evә dә tәk
            qayıtdı, gәlib öz otağında bağlanıb qaldı. Buz qәsrdәki qarabasma
            ondan әl çәkmirdi, dilindәn nәsә bir söz qaçırmamaq üçün daim

                                       102
   97   98   99   100   101   102   103   104   105   106   107