Page 104 - Tarey Vesos_Макет 1
P. 104
Tarey Vesos
çıxarmırdı. Siss elә bildi ki, onları qorxudub. Sıxıla-sıxıla sinif
yoldaşlarının sifәtlәrini nәzәrdәn keçirdi.
Anlaşılmazlıq divarı? Xoş olmayan hiss? Yox, heç bir divar-
zad yoxdu, sadәcә onlar çaşqınlıq içindәdi.
Özü dә çaşqınlıq içindәdi. Niyә axı ağlıma belә bir şey
gәldi?!
Nәhayәt, cavab aldı. Vә bu, qızlardan, yaxın rәfiqәlәrindәn
yox, oğlandan – o vaxt ona uzunboğazıyla toxunan oğlandan
gәldi. Siss onun son vaxtlar sinifdә daha tez-tez baş rolda
olduğunu sezmişdi. Bu qәti cavabı da ondan eşitdi.
– Biz onu unutmamışıq!
Sanki kökündәn vurdu.
Qızlardan hansısa biri ona qahmar çıxdı:
– Әlbәttә, unutmamışıq, әgәr sәn bunu nәzәrdә tutursansa.
Utandığından Sissi tәr basdı. Sinif uşaqlarından kәnar durmaqda
nә qәdәr haqsız olduğunu anladı. Dili topuq vura-vura dillәndi:
– Yox, mәn, sadәcә...
Vә acı ittihamlarla dolu sözlәri içindә boğub başını aşağı
saldı.
104