Page 100 - Tarey Vesos_Макет 1
P. 100
Tarey Vesos
Әlbәttә, görmüşdü.
Vә bir dә düşündü: gözәl bir yaz günü bütün bu buz dağı
parçalanıb tikә-tikә olacaq, axın onları alıb әzәcәk, aparacaq,
nәhayәt, yox edib aşağıdakı gölә tökәcәk, qәsrdәn әsәr-әlamәt
belә qalmayacaq.
Siss tәsәvvürünә gәtirdi ki, hәmin gün bax elә burada dayanıb
qәsrin necә çökmәsinә tamaşa edir.
Hәm dә bir anlıq tәsәvvür etdi ki, bu zaman o, qәsrin
günbәzindә dayanıb-duracaq. Dәrhal da bu fikri özündәn kәnar
elәdi.
Yox.
Siss xizәklәrini axtarıb tapsa da, ayağına geyinmәdi, nәvazişli
günlü tәpәdә nәvazişli ağacın üstündә oturdu. Sarsıntıdan hәlә
ayılmamışdı, buz qiyafәli Unnla bağlı qarabasmadan sonra özünә
gәlmәmişdi.
Bir şey ona aydın idi: bütün bu olanları heç kimә danışmayacaq.
Bu dünyadakı adamlardan heç kimә!
Niyә onu gördü?
Unnu unutduğuna görәmi?
Nә valideynlәrinә, nә xalaya, nә dә başqa kimәsә bir kәlmә
dә.
Bunu hәyatdamı görmüşdü? Bәlkә dә, elә burada, günün
altında onu mürgü aparmışdı vә qısa bir yuxu görmüşdü? Günәşә
bürünmüş tәpәlәrә baxanda bütün bunların ancaq tәxәyyül
olduğuna inanmaq elә dә çәtin deyil.
Amma yox, mәsәlә o qәdәr dә sadә deyil. Bütün bәdәni әsir;
qısa yuxudan sonra belә olmur axı.
Tir-tir әsәn barmaqlarıyla xizәyi ayağına bağladı. Buz qәsrә
baxıb düşündü: yәqin, onu son dәfә görür. Bir dә bura gәlmәyә
cürәt etmәyәcәk.
Vә geriyә qayıtmaq üçün yerindәn tәrpәndi.
Siss yolboyu var gücüylә sürәtlә hәrәkәt etdiyindәn, evә
gәlib çatanda yorğun vә tәrliydi.
Valideynlәri düşündülәr ki, yәqin, nәsә baş verib. Vә dilxor
oldular.
100