Page 95 - Tarey Vesos_Макет 1
P. 95

Buz qəsr
             – Afәrin.
             Tәklikdә qalan kimi vicdan әzabı çәkdi.  Valideynlәri bu
          xәbәri eşidәndә elә sevindilәr ki, hәtta Siss bundan yüngülcә
          tәsirlәndi.
             Bazar günü mәktәblilәr toplaşıb dәstәlәndilәr, hay-küylә gölә
          istiqamәt aldılar. Günәşli vә şaxtalı bir sәhәr idi. Qarın üstü
          buzluydu – xizәk sürmәk üçün bundan yaxşısını arzulamaq
          mümkün deyildi. Hamı şәlalәyә baxmağa tәlәsirdi. Sissin onlarla
          birlikdә olmağına sevinirdilәr. Bu ümumi sevgini Siss dә hiss
          elәyirdi, odur ki, daha yüngül vә sәrbәst idi, elә xizәklәri dә tәzә
          yağan qarın örtdüyü buzun üstüylә rahat vә sәrbәst sürüşürdü.
             Hәr şey öz axarıyla gedirdi, amma bununla yanaşı, elә bil
          nәsә yerindә deyildi.
             Onlar şәlalәdәn azca aşağı – çay tәrәfә istiqamәt aldılar.
          Burada axın rәvan idi, çayı buz örtmüşdü, istәsәn, o biri sahilә dә
          adlayıb keçә bilәrdin. Sakitlikdә şәlalәnin uğultusu eşidilirdi.
          Onlar yuxarı qalxdılar.
             Qış uzunu hәrәsi bir-iki dәfә buz qәsrdә olmuşdu, odur ki,
          hәlә dә hәmin әzәmәti vә sehriylә yerindә dayanıb-duran bu
          möhtәşәmliyә baxanda heyrәtdәn donub-qalmadılar. Mart günәşi
          artıq çoxdan ona baş çәkmişdi, işıq zolaqları buzun qar dәymәyәn
          parlaq layları üstündә oynayırdı.
             Bütün bu müddәt әrzindә Siss bir an belә yadlarından çıxmasa
          da, hәmin o tәhlükәli mövzuya bir kәlmәylә dә toxunmadılar.
          Sissә әminlik hissi gәtirәn vә әzab verәn dә elә bu idi. Bu yerlәri
          görәndә yaddan çıxmayan hәmin gecә onunla qәsr arasında
          yaranmış sıx bağlantını yenidәn canında hiss elәdi vә dәrin
          çaşqınlıq hissi keçirdi.  Yol yoldaşlarından ayrılıb tәk qalmaq
          istәdi.
             Uşaqlar qәsrә doyunca baxmış, şәlalәnin uğultusuna qulaq
          asmışdılar – birazdan bu sәs daha da güclәnәcәkdi. Lәngimәdәn
          yollarına davam etmәyә hazırlaşırdılar.
             Amma Siss tәrpәnmәdi. Bax elә qorxduqları da bu idi. Sanki
          hiss etmişdilәr ki, hansısa an Siss yenidәn özünә qapanacaq.
          Onlar da dayanıb gözlәdilәr.

                                     95
   90   91   92   93   94   95   96   97   98   99   100