Page 92 - Tarey Vesos_Макет 1
P. 92
Tarey Vesos
Siss öz vәdini vә ona verilәn ilahi vergini açıb uşaqlara deyә
bilmәzdi. Bu an o yalnız partanı dartıb gәtirәn müәllimi gözlәyirdi.
Ona deyәsi sözü vardı.
12
Qarlı körpülәr haqqında xәyallar
Biz dayanmışıq, qar isә elә hey yağır.
Sәnin paltonun qolluğu ağarır.
Mәnim paltomun qolluğu ağarır.
Aramızdan sanki qarlı körpülәr uzanıb keçir.
Amma qarlı körpülәr dondu.
Burada – bizdә istilәr dipdiridi.
Qarın altında sәnin isti әlin şirin bir yük kimi mәnim әlimin
üstündәdi.
Qar elә hey yağır, yağır.
Sakit körpülәrin üzәrinә.
Hamının xәbәrsiz olduğu körpülәrin üzәrinә.
13
Qurd düşmüş qar
Ağacların yuxarısı yellәnir. Bu, ilk әlamәtdi. Hәlә ki külәk
yoxdu, axşam düşәnә yaxın zeytun vә şam ağaclarının yamyaşıl
üstüylә külәyin sanki yüngülcә mehi gәzişir. Amma gecәyә yaxın
külәk güclәnir.
Bu gün dә qar yağdı. Hәr şey gözqamaşdırıcı halәdә tәzәtәr
vә ağappaqdı, göy üzünü ağır, alçaq, eyni biçimli buludlar alıb.
Budur, başlanır. Yolda olanlar onun yaxınlaşdığını hiss edib
gecikmәmәk üçün addımlarını yeyinlәşdirirlәr. Düşünürlәr ki,
92