Page 97 - Tarey Vesos_Макет 1
P. 97

Buz qəsr
             Siss xahiş etdi:
             – Gedin, bu sözlәrә dә heç bir ehtiyac yoxdu.
             Onlar başlarıyla sağollaşıb bir-birlәrinin ardınca yollarına
          davam etdilәr.  Azca yuxarı qalxıb birlәşdilәr, sanki nәyisә
          mәslәhәtlәşib yenidәn sıx dәstәlәrlә addımlaya-addımlaya gözdәn
          itdilәr.
             Siss hәm ağrı, hәm dә xәcalәt çәkdi. Tәzәdәn sürәtlә geriyә –
          şәlalә vә buz divarlar tәrәfә sürüşdü. Suyun uğultusu sanki uca
          sәslә onu çağırırdı.
             Hәmin gecә yadına düşdü. Elә bil indicә nәyinsә baş verәcәyini
          gözlәyәn kişilәrin qәribә simaları gözünә göründü: onlar әmin
          idilәr ki, bәdbәxt hadisә mәhz burada baş verib.
             Nә etmәli olduğunu bilmәyәndә gәrәk bura gәlәsәn.
             Ona mәhz belә gәldi: nә edәcәyimi özüm dә bilmirәm.
          İnsanların o vaxt günboyu tәkrar-tәkrar dediyi vә heç bir mәna
          vermәdiyi bu söz barәdә düşündü.
             Yoldaşları qarşısında xәcalәtli vә zavallı görünәn Siss onlardan
          canını qurtarıb şәlalәnin uğultusuna, buz saraya can atırdı.
             Hansı tәrәfdәn baxırsan bax, bu yer öz әzәmәti vә qeyri-
          adiliyi ilә adamı qorxudurdu. Onun әyri divarlarında bir qar
          dәnәciyi belә yox idi. İsti mart günәşi bәrq vursa da, Siss sanki
          buzlu havanın caynağına keçmişdi.
             Buzun altından çay axırdı – qara, dәrin çay. Vә o çay sürәt
          yığaraq götürülәsi mümkün olan nә varsa, yığıb özüylә aparırdı.
             Siss bir xeyli burada dayanıb-durdu. Hәmin gecә kişilәr
          getmәzdәn әvvәl qәmli nәğmәni oxumağa hazırlaşarkәn
          dayandıqları bu yerdәn ayrılmaq istәmirdi. O vaxt onlar fәnәrlәrin
          әyri-üyrü işığında dayanıb, sanki itkin düşәnin indi gәlib qarşılarında
          peyda olacağını vә onlara: “onsuz da, burada heç nә tapa
          bilmәyәcәksiniz”, – deyәcәyini gözlәyirdi. Siss buna inanmırdı,
          inana bilmәzdi.
             Nәhәng bir quş elә yaxınından uçub keçdi ki, Siss sәksәndi.
          Sonra o quş gözdәn itdi.
             Burada axtarılası bir şey yoxdu. Burada tapılası bir şey
          yoxdu. Amma hәr halda, hәmin o böyüklәrin xәtrinә.
                                     97
   92   93   94   95   96   97   98   99   100   101   102