Page 93 - Tarey Vesos_Макет 1
P. 93
Buz qəsr
hava yaman istidi. Amma deyirdilәr, tәlәsmәyә ehtiyac yoxdu.
Budur, başlanır.
Külәk gücünü toparlayır, sıx meşәnin üzәriylә daha çılğın
şütüyür. İynәyarpaqlar dillәrini çıxarıb anlaşılmaz meşә nәğmәsi
oxuyur. Bu iynәyarpaqlar ayrı-ayrılıqda elә xırdadırlar ki, sәslәri
eşidilmir, amma birlәşәndә bu xor elә güclü sәs çıxarır ki, hәtta
tәpәlәr, dağlar da onu eşidir. Amma havalar istilәşib, qar nәm vә
yapışqandı deyә külәk tәrpәdә bilmir.
Yaman istidi. Hәlә evinә gәlib çıxmayan hәr kәsin dilindә
ancaq bu sözdü. Meşәdәn talaya çıxanda onları isti hava qarşılayır.
Ürәklәrindә bir sevinc hissi var. Bu külәk dostdan gәlәn mәktub
kimidi. Soyuqlar yaman uzun çәkdi, bugün-sabah, yәqin, yenә
şaxta olacaq. Amma indi qış toranlığının bu isti, nәm külәyindә
insanlar bir anlığa hәmişә arzuladıqları kimi olurlar. Üzlәrindәn
nur yağır.
Hәr şey әvvәlki kimidi, heç nә baş vermәyib, amma insanlar
nәyisә gözlәyirlәr – axı buludlar havanın dәyişәcәyinә işarә
vururlar. Ürәklәrindәki gözlәntilәrlә sonuncu yolçular da, nәhayәt,
yuxuya qәrq olmuş evlәrinә gәlib çıxır. Vә sәhәri gün birinin dә
yadına düşmür ki, dünәn axşam o, hansı anlardasa nura qәrq
olmuşdu, qәti özünә oxşamırdı.
Sәhәri gün dә hәlә istidi. Әvvәlki kimi külәk әsir, ağaclar
yellәnir. Hava işıqlaşanda mәlum olur ki, әrimәkdә olan qarı
büsbütün xırda qurdlar basıb. Qurdlar tәrpәşir, hәrәkәt elәyir,
sanki sürünә-sürünә harasa can atır. Hәlә dünәn gecә onlar
külәyin qovduğu bulud idilәr, özlәri üçün uçub böyük dünyaya
işıq saçırdılar. Növbәti çovğundan sonra isә qar topası üzәrindә
nazik bir xәttә dönmәyә mәhkum olacaqdılar.
93