Page 94 - Tarey Vesos_Макет 1
P. 94
Tarey Vesos
14
Mart qarabasmaları
Qaşqabaqlı fevralı buludsuz mart әvәzlәdi. Hava tez işıqlaşırdı,
aydın sәmalı günlәr sәsli-küylü başlanırdı. Donmuş yapışqan qar
xizәk sürmәyә sәslәyirdi. Xizәk yürüşü mövsümü başlamışdı,
hәmçinin artıq buz qәsrә dә baxmaq olardı. Martın axırları idi.
Şәnbәlәrin birindә mәktәb uşaqları evә dağılışmazdan әvvәl
xizәklә qәsrә getmәyi qәrara aldılar. Bu sәfәr çox maraqlı
olacaqdı. Axı Siss dә onlarla gedәcәkdi.
Hesab elәyirdilәr ki, Siss daha onlarla birlikdәdi. Ona üç qız
yaxınlaşdı.
– Siss, bizimlә gәl, heç olmasa, bu dәfә.
Bu üç qız ona digәrlәrindәn daha yaxın idi.
Cavabında:
– Yox, – dedi.
Mәhz bu üç qız. Sinif onun yanına kimlәri göndәrmәli
olduğunu yaxşı bilirdi.
Birinci imtina bu üçlüyü inadından döndәrmәdi:
– Siss, gәl gedәk. Hәmişә belә qalmaq olmaz axı, sәn elә bil
bizi heç görmürsәn. Biz axı sәnә nә pislik elәmişik?
Etiraz etmәk Siss üçün çәtin idi, çünki özü dә buz qәsrә
getmәk istәyirdi, amma...
Üçlüyün arasında özünü daha inamlı hiss edәn qız bir addım
irәli gәlib lap astadan:
– Siss, istәyirik, sәn bizimlә olasan... Siss, – dedi. Bu sәs
adamı elә yoldan çıxarırdı ki, onun qarşısında durmaq çәtin idi.
O biri iki qız cınqırını da çıxarmadı vә bu, xahişin tәsirini bir az
da artırdı.
Onu әmәllicә şirniklәndirә bilmişdilәr. Sissin verdiyi hәmin
vәd haradasa kölgәdә qalmışdı. Siss dә eynәn onlar kimi sanki
sәsinә bir biclik qatıb:
– Yaxşı, gәlirәm, – dedi. – Amma buz qәsrә gedәcәyik.
Üçlüyün siması nurlandı:
94