Page 91 - Tarey Vesos_Макет 1
P. 91

Buz qəsr
             Siss hәlә dә oturmayıb davam etdi:
             – Dәhlizdә artıq partalar var.
             –  Anlayıram, bura dekabrda itkin düşmüş qızın yeridi. –
          Müәllim yeni gәlәnә izah etdi, – yәqin, onun haqqında qәzetlәrdә
          oxumusan.
             – Çox oxumuşam.
             Siss qışqırdı:
             – Әgәr bu yer tutulsa, o, bir dә heç vaxt qayıtmayacaq!
             Sissin sözlәri bu an üçün heç dә qeyri-ciddi görünmәdi. Sinif
          uşaqları sәksәndi.
             Müәllim:
             – Sәn lap kökündәn vurursan, Siss, – dedi. – Belә danışma.
             – Axı bu yeri tutmamaq da olar, elә deyil?
             – Qulaq as, Siss, mәn sәnin bu sәdaqәtini bәyәnirәm, amma
          hәr halda, gәrәk ölçünü bilәsәn. Niyә axı, müvәqqәti dә olsa, bu
          yerdә kimsә әylәşmәsin? Bu ki tamamilә tәbii bir şeydi. Mәgәr
          pis olar?
             – Әlbәttә, pis olar – Siss cavab verdi. İndi, bu әsәbi durumda
          o, uzaq gәlәcәk barәdә düşünә bilmirdi. Tәşvişlә müәllimә baxdı:
          doğrudanmı o, bunu anlamır?
             Yeni gәlәn hәlә dә ayaq üstәydi, oturmağa yer yox idi. Aydın
          görünürdü ki, bütün bu mәnzәrәdәn baş götürüb qaçmaq istәyir.
          Amma bu mәsәlәdә onun azca da günahı yox idi. Bütün sinif bu
          qızın anlamadığı bir razılıqla Sissin arxasında durub ona düşmәn
          kәsilmişdi.
             Müәllim, nәhayәt, qәrara aldı.
             – Gedim parta gәtirim.
             Siss minnәtdarlıqla ona baxdı.
             Müәllim:
             – Bir halda ki mәsәlә belәdi, qoy siz deyәn olsun, – sözünün
          davamını gәtirib dәhlizә çıxdı. Vә sinif yeni gәlәnә daha düşmәn
          gözüylә baxmadı. Hәtta gәlişinә sevindilәr.
             Siss yenidәn özünә qapıldı. Uşaqlar soruşdular:
             – İndi yenә bizimlә birlikdә olacaqsan?
             O, başını buladı.

                                     91
   86   87   88   89   90   91   92   93   94   95   96