Page 87 - Tarey Vesos_Макет 1
P. 87
Buz qəsr
Bunu demәk istәmirdi, sözlәr ağzından öz-özünә çıxdı.
Ana tәmkinlә cavab verdi:
– Sәn camaatı mühakimә elәmә, bala.
Siss susdu.
– Hәm dә onlar Unnu tanımırdılar. Bu isә, nә deyirsәn, de,
vәziyyәti dәyişir. Camaatın qayğıları başından aşır. – Anası ona
baxıb әlavә etdi: – Unnu yalnız sәn unutmaya bilәrsәn.
Sissә elә bil nәsә ilahi vergi verildi.
9
Vergi
Gecәnin bu vaxtı bu nәdi, görәn?
Bu, vergidi.
Mәn hәlә anlamıram.
Gecәnin bu vәdәsi mәnә ilahi vergi verilib.
Nәsә verilib, amma bilmirәm nә. Heç nә anlamıram. Bu
vergi, hara gedirәm, mәnә baxır. Mәni gözlәyәn vergi.
Qar kәsdi, sәma aydınlaşdı. Nәhәng qar tәpәlәri bütün izlәri,
bütün sirlәri gizlәyib. Qarın üzәrindә iri ulduzlar sayrışır vә
mәnim vergim hәyәtdә yolumu gözlәyir. Bәlkә dә, içәri keçib
mәnimlә yanaşı әylәşәcәk.
Hiss edirәm ki, mәni tapıb, amma...
Külәk kәsdi. Әgәr bir dә qalxsa, qarı uçurub qızışacaq.
Nәriltisindәn tәpәlәr inildәyәcәk, amma vergim burada evdәdi, o
ancaq mәnimdi, mәni gözlәyir. Evdә sakitlikdi, aşağıda – çardaqda
da sakitlikdi, elә bilirәm, vergim pәncәrәnin yanında dayanıb,
mәnә baxa-baxa ona qovuşmağımı gözlәyir.
Hara yol alıramsa, oradadı, hәr yerdәdi. Hiss edirәm ki,
mәnim vergim çox böyükdür. Onunla necә davranım?!
Yolun kәnarlarında heç kim yox imiş, o vaxt nahaq qorxurdu,
boş şeymiş. Elә ki isti külәklәr başladı, buzlar әridi, bax onda
Unn da qayıdacaq.
87