Page 83 - Tarey Vesos_Макет 1
P. 83

Buz qəsr
             – Hә, әlbәttә, belә şey ola bilmәz, – dedi. Daha Sissi çaşdırmaq
          çәtin mәsәlәydi. Qәflәtәn: – İşdi, Unn qayıdıb gәlmәsә, necә? –
          soruşdu vә özü öz sözlәrindәn diksinib dediyinә peşman oldu.
             – Belә suallara ehtiyac yoxdu, Siss.
             – Hә, әlbәttә...
             Amma hәr halda, sualına cavab aldı:
             – Bil ki, mәn dә bu haqda düşünmüşәm. Unn qayıtmasa, evi
          satıb buradan gedәcәm. Unnla birlikdә bu evdә cәmi yarım il
          yaşasaq da, hiss edirәm ki, daha burada qala bilmәrәm... – Az
          sonra: – Yaxşı, – dedi, – gәl bu haqda danışmayaq. Unn hәr
          dәqiqә gәlib çıxa bilәr. Nә olsun ki, hәlә dә sәs-sorağı yoxdu.
          Narahat olma, mәn bu otaqda heç nәyә әl vurmayacam.
             Bunu haradan bildi? – Siss düşündü.
             Vә narahatlıqla:
             – Evә gedim, – dedi.
             – Hә, hә. Çox sağ ol ki, gәldin.
             Elә düşünür, nәsә bilirәm. Bir dә bura gәlmәyәcәyәm. Xala
          bayaqkı kimi nurlu vә tәmkinliydi. Siss evә tәlәsirdi. Şükür ki,
          hәr şey arxada qaldı.


                                     8


                                  Mәktәb

             Sәhәrisi gün Siss mәktәb hәyәtinә gәlib çatanda, adәtәn, ilin
          bu vәdәlәrindә olduğu kimi, hәlә qaranlıq idi.
             Dәrhal onu dövrәyә aldılar. Mәktәbdә Sissi çox istәyirdilәr.
             – Axır ki gәlib çıxdın!
             – Sağalmısan?
             – Hәmin gecә çoxmu çәtin keçdi?
             – Niyә Unnun başına bu iş gәlsin? Heç cür tәsәvvür elәmәk
          olmur. Heç bir iz dә yoxdur? – Siss kәsә cavab verirdi. Odur ki,
          mәktәb yoldaşları onu daha narahat etmәk istәmәdilәr.
             O birilәri gәldi vә onu sıx dövrәyә aldılar. Aralarında tәk
          qızlar deyil, oğlanlar da vardı vә hamısı tәxminәn eyni yaşda idi.
                                     83
   78   79   80   81   82   83   84   85   86   87   88