Page 78 - Tarey Vesos_Макет 1
P. 78
Tarey Vesos
– Hә, nәdi ki?
– Heç, elә-belә dedim.
– Yaz aylarında anasını itirmişdi. Yeganә doğma adamını.
Mәgәr bu şәkil nәsә soruşa bilmәz?
Pәncәrәnin o tәrәfindә qar tökür – sanki Unnun izlәrini, hәr
şeyi gizlәtmәk üçün.
6
Vәd
Dizәcәn qarlı havada Siss Unna vәd verir:
Söz verirәm ki, sәndәn başqa, heç kimi düşünmәyәcәyәm.
Sәnin barәndә nә bilirәmsә, hamısı mәnimlә olacaq. Evdә,
mәktәbdә, mәktәbә gedәn yolda yalnız sәni düşünәcәyәm. Bütün
günü – әgәr yuxudan oyansam, bütün gecәni sәni düşünәcәyәm.
Gecәnin vәdi:
Mәnә elә gәlir, yaxındasan, o qәdәr yaxındasan ki, sәnә
toxuna da bilәrәm, amma ürәk elәmirәm.
İndi qaranlıqda yerimdә uzanıb, elә bilirәm, mәnә baxırsan.
Olanların hamısını xatırlayıram, söz verirәm ki, sabah mәktәbdә
dә yalnız sәni düşünәcәyәm.
Başqa heç kimi.
Nә qәdәr ki yoxsan, belә olacaq.
Qış sәhәrinin vәdi:
Elә bilirәm, qapının arxasında dayanıb mәnim çölә çıxmağımı
gözlәyirsәn. Nә haqda fikirlәşirsәn?
Sәnә söz verirәm ki, dünәn olanlar bir dә tәkrarlanmayacaq.
O, boş bir şey idi. Mәnim sәndәn başqa, heç kimim yoxdu.
Heç kimim, başqa heç kimim.
Sözlәrimә inan, Unn.
Siss vәdini tәkrar edir:
Başqa heç kimim yoxdu. Söz verirәm, nә qәdәr ki yoxsan,
hәmişә sәni xatırlayacağam.
78