Page 74 - Tarey Vesos_Макет 1
P. 74

Tarey Vesos
                Ana davam etdi:
                – Sinfinizin uşaqları da bu gün axtarışlara qatılıb. Dәrs
            olmayıb.
                Qәribәdi. Dәrs olmayıb. Mәktәbdә dәrs olmayıb. Bunu
            tәsәvvürünә gәtirmәk istәdi.
                – Elә bil indi Unnu gördüm. Qapının ağzındaydı. O, haradasa
            buralardadı.
                – Bunu heç kim deyә bilmәz? Amma o, qapı ağzında dayana
            bilmәzdi. Bu gün sәnin gözünә o qәdәr şey görünüb ki. Sayıqlayanda
            nәlәr demәdin.
                Nә deyib, görәn? Siss qәflәtәn özünü çıl-çılpaq hiss etdi vә
            yorğanı yuxarı çәkdi.
                – Nә dedim ki? – Mövzunu dәyişmәk, nәyinsә arxasında
            gizlәnmәk lazımdı. – Unn sağdı? Ana tәmkinlә dillәndi:
                – Әlbәttә, sağdı, birazdan tapılacaq. Bәlkә dә, artıq tapıblar.
                Anası sınayıcı nәzәrlәrlә oğrun-oğrun Sissә baxıb dedi:
                – Әgәr sәn nәsә...
                Siss tez-tәlәsik özünü elә göstәrdi ki, guya yuxuya gedir.
                Az sonra, doğrudan da, yuxuya getdi. Oyananda, deyәsәn,
            qızdırması düşmüşdü. Daha gözünә görünәn yox idi. Balaca
            tәrpәnәn kimi anası sәsinә gәldi.
                – Yaman çox yatdın. Artıq gecә düşür. Özü dә rahat yatmışdın.
                – Gecә düşür? Bәs atam hanı?
                – Axtarır.
                – Nә xәbәr?
                –  Tәzә heç nә. Haranı axtarmalı olduqlarını bilәn yoxdu.
            Hamı çaşqınlıq içindәdi, Siss. Xalası da yerini tәxmin edә bilmir.
                Budu, yenә başladı. Fikir onu yaşamağa qoymur, öz torunda
            saxlayır. O, tamamilә acizdi. Onlara nәylә kömәk edәcәyini
            bilmir.
                – Sәn yatanda atan gәlmişdi. Sәndәn nәsә soruşmaq istәyirdi,
            amma qәrara gәldik ki, oyatmayaq. Dedi ki, nәsә vacib mәsәlәdi.
                Anasının, yәqin, ağlına belә gәlmir ki, bir az da keçsә, Siss
            özü dözә bilmәyәcәk.
                – Siss, mәni eşidirsәn?

                                       74
   69   70   71   72   73   74   75   76   77   78   79