Page 70 - Tarey Vesos_Макет 1
P. 70

Tarey Vesos
                Qәflәtәn bir nәfәr Sissә yaxınlaşdı. Deyәsәn, Siss azca, daha
            doğrusu, çox yorulmuşdu, amma hәyәcandan bunu hiss elәmirdi.
            Qız yeni suallar gözlәyә-gözlәyә tәşvişlә baxdı.
                – Unn bura gәlәcәyini sәnә demişdi?
                – Yox.
                Ata yaxınlaşıb sәrt şәkildә dedi:
                – Yetәr! Daha ondan heç nә soruşmayın.
                Axtarışın rәhbәri dә bura yaxınlaşıb tez-tәlәsik vә qәtiyyәtlә
            dedi:
                – Siss nә bilirsә, deyib.
                Ata:
                – Mәncә dә, elәdi, – dedi.
                Sual verәn:
                – Bağışlayın, mәn pis niyyәtlә soruşmadım, – deyib üzr
            istәdi vә kәnara çәkildi.
                Siss minnәtdarlıqla hәr iki sәrt kişiyә baxdı. Rәhbәr dedi:
                – Hәr yeri bir dә yoxlayaq. Burada o qәdәr dәlmә-deşik var
            ki, hansına desәn, düşә bilәr. Amma belә baxanda, bәlkә, heç bu-
            ralara, ümumiyyәtlә, gәlmәyib...
                Etiraz edәn olmadı. Yenidәn axtarış başlandı. Bu namәlum
            buz qәsr aman vermәdәn adamları özünә çәkirdi vә hamı yorğun,
            hәyәcanlı halda bu mәşğuliyyәtin ovsununa düşmüşdü.
                Bir dә bu yolu keçmәk. Siss qәsrin yenidәn necә dirildiyinә
            baxdı. İnsanlar bir daha dörd bir tәrәfdәn onu dövrәyә aldılar.
            Fәnәrlәrin işığı dәrinliklәrin, çatların vә deşiklәrin qarma-
            qarışığında, yuxarıdakı millәrin arasında, tüllәrin şәffaflığında
            sayrışırdı. İndi Sissin qarşısında adi deyil, bayram tәmtәrağına
            bürünmüş çilçıraqlı bir qәsr var idi, amma bu parıltı içәridә idi.
                Siss baş verәnlәrә görә keçirdiyi hәyәcan vә Unna görә onu
            bürümüş tәşvişlә iri açılmış gözlәriylә bu mәnzәrәni canına hop-
            dururdu. Özünü saxlaya bilmәyib xәlvәtcә ağlayırdı.
                Düşünürdü ki, nә olursa-olsun, dözmәlidi. Xilasedicilәr hәlә
            ki evә qayıtmaq fikrindә deyildilәr. Qәsrdәn sonra çayın kәnarları
            boyu suyun axıb töküldüyü o biri gölә tәrәf düşmәk qәrarına
            gәldilәr. Yol ümumilikdә o qәdәr dә uzun deyildi, şәlalә, tәxminәn,
            bu iki böyük gölün ortasındaydı.
                                       70
   65   66   67   68   69   70   71   72   73   74   75