Page 68 - Tarey Vesos_Макет 1
P. 68
Tarey Vesos
möhkәm buz tüllәr üzәrindә oynaşırdı. Ortadakı su qaralmışdı.
Fәnәrlәrin işığı yalnız çayın kәnarlarına düşürdü, buradan o yana
qara mәchulluq başlanırdı. Uzaqdan, aşağı tәrәfdәn artıq şәlalәnin
uğultusu da hiss olunurdu.
Çayın sahillәrindә heç bir iz yox idi.
“Әlbәttә, belә olacağını әvvәldәn bilirdik, amma... Nә etmәli,
axtaran tapar, deyiblәr”.
Aşağı ilk düşәnin çığırtısı:
– Bura gәlin!
Bu zaman hamılıqla buz qәsri gördülәr. Siss dә. Xilasedicilәrdәn –
bu yaşlı, cavan kişilәrdәn biri dә bu payız xeyli söz-söhbәti
gedәn şәlalәdә gәzintiyә çıxmağa vaxt elәyә bilmәmişdi. Şaxtalar
suyu nәhәng bir tikiliyә çevirmişdi. Gördüklәrindәn heyrәtlәnәn
adamlar fәnәrlәrini irәli uzadaraq şәlalәnin altında dayanmışdılar.
Siss bu insanlara, qәsrә, gecәyә vә fәnәrlәrә baxırdı. Bu
mәnzәrәni heç vaxt unutmayacaqdı.
Dәstә şәlalәnin sağındakı vә solundakı tәpәylә aşağı enmәyә
başladı. İnsanlar şiş buzların arasıyla bütün dәliklәri vә künc-
bucaqları axtardı.
Fәnәrlәrin әyri işığında qәsr iki dәfә böyük görünürdü. Su
çox hündürdәn tökülmüşdü vә bütün axşam boyu tәpәlәnib buza
çevrilmişdi. Xilasedicilәr fәnәrlәrlә hamar, parlaq divarlara işıq
tutdular. Bu divarlar möhkәm, sarsılmaz idi, hәtta qar da üstündә
qala bilmirdi. Amma yuxarıda, günbәzlәrdә, divarların arasındakı
boşluqlarda qar var idi. Fәnәrlәr bu buz hamarlığın yalnız aşağı
hissәsini işıqlandırırdı – bәzi divarlar yuxarı istiqamәtlәnib
qaranlığa qәrq olurdu. Lap dәrindә sanki özü özünü buza döndәrmiş
çay vәhşi heyvan kimi nәrildәyirdi.
Qәsr qaranlıq idi, bura azca da işıq düşmürdü. İçәridәki
zalların necә olduğunu xilasedicilәr görә bilmirdilәr: fәnәrlәrinin
işığı çox zәif idi. Amma bununla belә, hamı heyrәt içindәydi.
Su qәsrdә gurultuyla qayalara çırpılırdı, yenidәn köpüklәnib
günbәzlәrin vә divarların altından boşluğa can atırdı, birlәşib
әvvәlki nәhәng axına çevrilir, harasa mәchulluğa – sanki bu
zülmәt gecәyә yol açırdı.
68